Universitetdə bir dostum var qoca professor adamdı, amma çox - TopicsExpress



          

Universitetdə bir dostum var qoca professor adamdı, amma çox səmimi və xeyirxah insandı. Maraqlı söhbətlərimiz olur. Babası-nənəsi köhnə kommunustlərdən olub özü də Leninə birbaşa çıxışı olub. Nə isə bir dəfə Lenin babanın şəxsi həyatından söhbət edirdi. Sən demə bizim babanın həyatında Armanda adında ikinci qadın da olub. bütün Kremlin, o cümlədən arvadı Krupskayanın da bundan xəbəri varmış. Kişi əməlli - başdı sevirmiş, sevgi isə azaddır. Amma babanın bəxti gətirmir bu Armanda ondan əvvəl dünyasını dəyişir. Dəfn mərasimində bütün Kreml, o cümlədən Krupskaya bir də bizim proffesorun nənəsi də iştirak edir. Deyilənlərə görə Lenin də dəfndə yaman ağlayıbmış. Bu nənə qayıdıb Krupskayadan soruşur ki, indi başa düşürəm Lenin dünya miqyasında siyasi liderdir, çox güclü siyasi düşmənləri var. Sən ondan rəsmən boşana bilməzsən. Amma hər halda maraqlıdır sən Lenin haqqında indi nə fikirləşirsən? Krupskaya qayıdır ki, mən ona həmişə böyük hörmət eləmişəm, amma Armanda həyatımıza daxil olandan sonra Lenin mənim gözümdə əsl ideal kişiyə çevrildi. Çünki o, uğrunda həyatını qurban verməyə hazır olduğu hər şeyi riskə ataraq əsl sevgisi yaşamaqdan qorxmadı. indi fikir ver o, indi də əsl kişi kimi hisslərini ifadə etməkdən qorxmayıb ağlayır. Lenin mənim gözümdə əsl mükəmməl kişidir. Etiraf eliyək ki, bir qadın üçün nə qədər çətin olsa da bu əsl alicənab hərəkətdir. Amma nənə sonralar nəql edərmiş ki Krupskaya nə qədər mərd və alicənab görünməyə çalışsa da əslində Armandaya paxıllıq edirmiş, hətta dəfn günü və ondan sonra da. əgər seçim imkanı olsaydı o, dərhal Armanda ilə tabutda yerini dəyişərdi, təki Leninin göz yaşları onun üçün olsun. Mən professordan bu barədə fikirlərini soruşanda qısa, amma dəqiq cavab verdi. Dedi ki, qadın psixologiyası taxtda KRALI qəbul edə bilər, amma KRALİÇANI heç vaxt yox. O ki qalmışdı ona məxsus olan kişinin həyatında başqa qadının olması ilə barışa. Lenini müxtəlif şəkildə qiymətləndirirlər, qorxmaz inqilabçı, kasıblara ümid verən xeyirxah insan, və ya dünya tarixinin gedişini dəyişən bədheybət qorxunc məxluq. Birmənalı qiymətləndirmək çətindir. Amma əsl Lenində "Məcnundan fizun aşiqlik istedadının olması" dəqiqdir.
Posted on: Mon, 15 Jul 2013 15:58:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015