Vüqar başını aşağı salıb oturmuşdu. Çox qəmli idi. - TopicsExpress



          

Vüqar başını aşağı salıb oturmuşdu. Çox qəmli idi. Üzündə həyatdan bitkinlik ifadəsi vardı. İlahə onun danışmağını gözləyirdi. Bir qədər sonra Vüqar başını qaldırdı. İlahənin üzünə baxdı. Bu baxışlar İlahənin qəlbindən ox olub keçdi. Vüqar yenidən başını aşağı saldı. Sanki fikirlərini nizama salmağa çalışırdı. Nəhayət gözlərini qaldırıb, məchul bir nöqtəyə baxaraq: - Bəli, mən sevmişəm, İlahə. Özü də çox möhkəm. Heç nə ummadan, saf, təmiz və böyük məhəbbətlə. Mən məhəbbət haqqında çox əsərlər oxumuşam. Leyli-Məcnunu , Xosrov-Şirini, Anna Kareninanı, Ovodu. Mən məhəbbəti kitablardan oxumuşam, kitablardan öyrənmişəm. Məhəbbətin təmizliyiinə kitablardan inanmışam. Orada məhəbbət ülvidir, hər şeyin fövqündə durur. Ancaq sən demə həyat başqa, kitablar başqa imiş. Mən bunu bugün, indi başa düşdüm. Həyatda heç məhəbbət yoxmuş, yalnız illüziyalar varmış. Məhəbbətdə saflıq, təmilik, ülvilik heçə sayılırmış. Mən peşmanam, həm də çox peşman. Həyat mənə təsəvvür edəməyəcəyim bir oyun hazırlayıbmış. Mənsə belə oyunlara hazır deyiləm. İlahə nə edəcəyini, qardaşını necə sakitləşdirəcəyini bilmədən ona baxırdı.... Vüqar birdən gülümsünüb: - Yaxşı, dur get, evdəkilər səni gözləyir, dedi. O könülsüz ayağa qalxdı. Ürəyi həyəcanlı idi. Nə isə ayaqları getmək istəmirdi. Qardaşının başı ilə bir də Get deyə işarə verməsi onu getməyə məcbur etdi..... Səhərsə Vüqarı arayanda onun telefonu artıq cavab vermirdi. .... (Aysberqlər toqquşanda hekayəsindən qısaldılmış bir parça - K.Q.) Bəyən · · Paylaş
Posted on: Sat, 30 Nov 2013 18:53:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015