lim Dəyişiklikləri ilə bağlı Hökumətlərarası Ekspertlər - TopicsExpress



          

lim Dəyişiklikləri ilə bağlı Hökumətlərarası Ekspertlər Qrupu (Intergovernmental Panel on Climate Change, IPCC) yeni illik hesabatının ilkin versiyasını açıqlayıb. Milli.Az Grist-ə istinadən bildirir ki, 2014-cü ilin baharında rəsmən bəyan ediləcək hesabata görə, qlobal iqlim dəyişiklikləri yaxın 10 il ərzində Yerdə həyat şəraitini çox pisləşdirəcək. Hesabatda deyilir: Hazırlaşın... 21-ci əsrdə qlobal iqlim dəyişiklikləri, xüsusilə də havaların istiləşməsi nəticəsində qlobal miqyasda iqtisadi inkişafın templəri aşağı düşəcək, yoxsulların sayı artacaq. Dünyanın bəzi ölkələrində və bölgələrində isə havanın orta statistik temperaturunun normadan çox yüksək olmasının rütubət səviyyəsinin artması ilə müşayiət edilməsi insan fəaliyyətinin istənilən formasının qarşısını alacaq. Bir sıra ölkələrdə bahar və yay aylarında sərin otaqlardan kənarda, küçədə və ya açıq havada olmaq ölümcül təhlükəyə çevriləcək. Bundan başqa, sel, daşqınlar, meşə yanğınları, epidemiyalar və kütləvi quraqlıqlarla aclıqların artacağı vurğulanır. Bütün bu bəlalar qlobal iqlim dəyişikliklərinin fəsadlarına müstəqil, təkbaşına müqavimət göstərərək problemləri həll etmək iqtidarında olmayan yoxsul ölkələrə ilk növbədə təsir edəcək. Quraqlıqlar mövcud infrastrukturun kollapsına, çökməsinə səbəb olacaq. Yaşam üçün əlverişli bölgələrin azalması hərbi münaqişələrə və silahlı toqquşmalara səbəb olacaq. İçməli su mənbələri uğrunda mübarizə güclənəcək, - hesabatda bildirilir. IPCC-in hesabatı BMT üzvü olan bütün dövlətlərin rəşbərliyinə göndəriləcək. Hesabatın yekun variantı gələn ilin martında açıqlanacaq.
Posted on: Wed, 06 Nov 2013 19:50:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015