youtube/watch?feature=player_embedded&v=DjVjpIHAW-Y FORUM - - TopicsExpress



          

youtube/watch?feature=player_embedded&v=DjVjpIHAW-Y FORUM - meydan qeniş yerdir: İŞçi! Milli sərvətin tək və gerçək yaradıcısı. Ən dahi alim beyninin layihəsi belə sənin əməyin tətbiq edilmədiyi müddətcə dəyərsiz kağız parçasıdır. Yalnız sənin əməyin ölüyə can verən dirilik suyu kimi sirayət etdiyi hər yerdə sərvət və gerçək dəyər yaradır. Bütün ölkə, bəŞəriyyət ancaq sənin əməyinin hesabına tərəqqi və inkiŞaf edir. Bu o əməkdir ki, sən onun hesabına Sovet İttifaqı dövründə pulsuz səhiyyə, pulsuz təhsil, pulsuz mənzil və saysız hesabsız güzəŞtlər almıŞdın. Bu günsə sənin bu hüquqların əlindən alınmıŞ və bir parça çörəyə, əzələni satacaq bir iŞə və ən dəhŞətlisi isə kimlərinsə mərhəmətinə möhtacsan. İndi sənin əlindən alınmıŞ hüquqların (mənzil fondun, təhsil fondun, səhiyyə fondun) sərvət Şəklində harın sahibkarların cibinə axır. İndi sən özünü, övladını müalicə etdirmək üçün televiziya ekranlarından göz yaŞları içərisində mərhmət dilənirsən. Sənin əməyini mənimsəyib ŞiŞənlər isə sənin hesabına sərvət gölündə üzürlər. Sən qan qusanda onlar bank hesablarına yığın-yığın sərvət «qusurlar». Məhkum edildiyin daxmadan baŞını çıxarıb ətrafında ucalan göydələnlərə, villalara bax. Onlar sənin oğurlanmıŞ hüquq və azadlıqlarındır. Onlar nə qədər böyük və dəb-dəbəlidirsə, sən bu dəb-dəbənin fonunda bir o qədər cılız, təhqir olunmuŞ və hüquqsuzsan. Bu hüquqsuz və miskin həyatına baxıb dəhŞətə gəl. Hər cür sərvətin yeganə mənbəyi - iŞçi! Sənin əməyin qul əməyi kimi istismar olunur. Hər Şey sənin əməyinlə yaranır, amma sən bunun müqabilində heç bir təminat almırsan. Bax! Mövcud rejimin «sütun»larına, bax onların dəb-dəbəli həyatına. Onlar sənin zəhmətinin nəticəsini yeyir. Bax! Vəkillərə, polisə, orduya, onlar da sənin əməyindən bəhrələnir. Bax! İou-bitznes təlxəklərinə, bir gecədə göbək atıb avtomobil qazananlara, bax onların göbəyinə dollar basanlara. Zənginlərin iti-piŞiyi belə səndən daha yaxŞı həyat sürür. Bu quruluŞun, bu rejimin nəzərində sənin it qədər də dəyərin yoxdur. Universitetlərdə «qaz» kimi yolunub ütülən tələbə! Universitet sənin cibini qırxandan sonra sənə əl boyda bir karton parçası verib ardından da bir təpik vurub tullayacaq təminatsız həyatın ağuŞuna. Darvazanın kandarından sənin ümidsiz, sabahı məchul acı taleyin baŞlayacaq. Həyatın acı zərbələri addımbaŞı hər tində sənnin mənliyini əzib, ayaqlayıb, mənəviyyatını eybəcərləŞdirəcək. SimasızlaŞmıŞ, daxilən eybəcərləŞmiŞ, mənən sınmıŞ həyat sənin alın yazın olacaq. Təminatsız həyatın sərt sillələri; iŞsizlik, yoxsuzluq, ehtiyac, xəstə mühit sabahkı günə olan ümidlərini aŞındırıb yox edəcək. Bəlkə düŞünüb ola bilməz deyirsən? Hə, inkiŞaf etmiŞ avropalı həmfikirlərində sənin kimi düŞünürdü. Artıq sənin bu cümlələri oxuduğun saat onlardan 95 nəfəri öz səhvlərini həyatları bahasına baŞa düŞdülər. Belə ki, onlar son çarəni həyatlarına qəsddə gördülər. Bu cümlələri oxuyub düŞündüyün hər saat kapitalist qərbi Avropada daha 95 nəfər bu aqibəti yaŞayacaq və yaŞayır. Bu isə qərbi Avropada hər il 100 minlərlə özünəqəsd və özünəqəsdə təŞəbbüs deməkdir. Nə vaxtsa sənin də aqibətin belə olacaq. Özü də bilirsən niyə? Çünki cəmiyyətin 5-10% zəngin təbəqəsi lüks içərisində yaŞasın deyə, hansısa biznesmen milyonlarla dollarlıq villada, 100-150 min dollarlıq avtomobillərdə qudurğan bir həyat yaŞasın deyə. Gəncliyini cəmiyyətin tərəqqisinə qurban vermiŞ təqaüdçü, bütün mənalı ömrünü cəmiyyətin maariflənməsinə həsr etmiŞ müəllim, ömrü boyu insanların sağlamlığı keŞiyində duran həkim, bilik və bacarığını quruculuğa sərf etmiŞ mühəndis, bu deyilən acı həqiqətlər sənin də aqibətindir. Problemlər çox, onların qurbanları daha çox, çıxıŞ yolu isə təkdir. «ÇağırıŞ» qəzetinin çağırıŞına səs verən hər kəsi kapitalizmin «oğru qanunlarına» YOX deməyə çağırırıq. İsməti, namusu ayaqlar altına atılmıŞ Azərbayjan qadını, bu qəzet sənin səsindir. Arvad tumanı satmağa məhkum edilmiŞ Azərbaycan kiŞisi, bu qəzet sənin səsindir. Səhərdən axŞamadək hərbi əsir kimi iŞlədilən iŞçi qardaŞım, bu «ÇağırıŞ» sənin çağırıŞındır. Qapılarda iŞ və mərhəmət dilənçisi edilmiŞ iŞsiz, bu «ÇağırıŞ» sənin harayındır. «ÇağırıŞ» qəzeti sizin səsiniz olacaq, sizin vəkiliniz olacaq. Biz sizə görüŞməyə bir ünvan verdik, birləŞməyin ünvanıdır «ÇağırıŞ». Biz ayrı-ayrılıqda heç nəyik. Amma bu ünvanda birləŞəndə biz gücük, qüvvəyik. Sən bir damcısan rejim qarŞısında, rejimsə qaya parçası. Təklikdə sən çox zəifsən, amma damcılar çoxalanda və onlar hamısı bir nöqtəyə vuranda qaya parçası oyulub deŞilir. Bax burada atalar yaxŞı deyib: «damcı daŞ dələr». Biz hamımız kapitalist bazar iqtisadiyyatının «oğru qanunlarına» YOX deyirik, siz də YOX deyin. BİRLİKDƏN QÜVVƏT DOĞAR ! Sual 1. Karl Popper marksist fəlsəfəyə münasibətini açıqlayaraq yazırdı: «Marksizm – bu tamamilə yalan və çox iddialı (lovğa) nəzəriyyədir». Sizcə Popperin bu diaqnozu nə dərəcədə elmi əsasa malikdir və onun bu sözləriylə razılaŞmaq olarmı?
Posted on: Mon, 23 Sep 2013 19:42:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015