Ölkədə sosial vəziyyət getdikcə pisləşir siz bunun - TopicsExpress



          

Ölkədə sosial vəziyyət getdikcə pisləşir siz bunun fərqində deyilsiniz. İnsanlar acından öləcək bir neçə ilə.Daha doğrusu acından ölənlərin sayı çoxalacaq.guya 10 faiz əmək haqqlarını qaldırdılar.Halbuki qiymətlər də xeyli qalxacaq.İş yerləri və maaşlar da azalır. İnsanlar bu ölkədə aclıqdan ölməyə məhkumdur. Rusiyaya bir tikə çörək dalıyca gedib,min bir əziyyətlə çörək pulu qazanmaq istəyənlər də artıq kütləvi şəkildə ya böyük məbləğ həddində cərimələnir,ya da pul verib canlarını qurtarıb Azərbaycana qayıdırlar.Ən pis halda isə deportasiya edilirlər Rusiyadan.Bir neçə ay öncə iqtisadçıların hesablamalarına görə 2013cü ilin sentyabrına qədər 600 min Azərbaycanlı Rusiyadan deportasiya olunmalı idi.Dövlət kanalları və rəsmi qurumlar gizləsə də açıq aydın görsənir ki, vəziyyət kritikdir.İş yeri kasad olan bir ölkəyə bu qədər işsizin axışması isi vəziyyəti daha da gərgin saxlayacaq.Kral kimi oturub dövlət büdcəsini yeyib,çapıb talayan bir rejimin akulaları və evinə çörək aparmaqçün çabalayan məzlum xalq. Həqiqətən də bu ölkədə iki təbəqə var. Həddən artıq varlı təbəqə və acından ölən təbəqə. İndiki rejim isə bu gedişlə davam etsə ölkədə aclar çoxalacaq və heç vaxt orta təbəqə formalaşmayacaq! Allah özü bizə kömək olsun! Asdfghj (c)
Posted on: Sun, 25 Aug 2013 07:39:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015