İNCİMƏ.... Eşidəndə dəyişmişəm dünyamı Çiçəklər - TopicsExpress



          

İNCİMƏ.... Eşidəndə dəyişmişəm dünyamı Çiçəklər də haray salsa, incimə. Demirdinmi, "alacaqsan canımı", Ruhum getsə, canım qalsa incimə. Heç bildinmi səndən nələr çəkdi can, Dərdlərindən bildin necə cökdü can? Bir dənəydi, elə bildin coxdu can? Vicdanında qanım qalsa incimə. İstəməzdim ömrüm solan bağ olsun, Mənsizliyin bir dözülmğz dağ olsun, Qoymadın ki bircəciyi ağ olsun Günlər sənə qənim qalsa incimə. Yurdum, yuvam oldu hara?-Bilməzsən, Ürəyimi bir də qıra bilməzsən. Məzarıma yaxın dura bilməzsən, Məni cahan yola salsa incimə. Kar qəlbini daha necə səsləyim, Sevgidənsə bəlkə nifrət bəsləyim? Daş ürəklim, can çürüdən tərsliyin Məni səndən vaxtsız alsa incimə....
Posted on: Wed, 10 Jul 2013 19:25:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015