İşdə hər zaman motivasiyalı olmağın 7 yolu Hətta ən - TopicsExpress



          

İşdə hər zaman motivasiyalı olmağın 7 yolu Hətta ən motivasiyalı işçilər belə bəzən kəskin şəkildə yorula və normal motivasiya səviyyəsini yenidən artırmağa ehtiyac duya bilər.Bu məqalə işdə hər zaman motivasiyalı qalmağın və aşağı motivasiyalı bir perioddan keçərkən iş fəaliyyətini yenidən artırmağın 7 metodunu göstərir. 1.Məqsədlərini aydınlaşdır. Gələcəyə aydın baxış,missiya və məqsədlər toplusu olmadan,təsadüfən işləməkdən daha çox demotivasiya edici heç nə yoxdur.Gələcəyə baxışında, missiya və məqsədlərində olan qeyri-müəyyənliklərə aydınlıq gətir və onlara həmişə axırıncıdan başlayaraq diqqətini topla.Qarşına dəqiq məqsədlər qoymaq,onlara diqqətini toplamaq və əldə etmək üçün baxışını müəyyən etmək diqqətəlayiqdir. 2.Məqsədlərinə çatmaq üçün aydın plan yarat. Baxışını və məqsədlərini aydınlaşdırdıqdan sonra onları əldə etmək və daimi inkişafı təmin etmək üçün detallı strategiya hazırla.Böyük və mürəkkəb layihələri maraqlı və əldə edilə bilən kiçik tapşırıqlara böl.Nə qədər daha çox təşkilati,diqqətini toplamağı bacaran və məqsədlərini öz detallı müvəffəqiyyət planına uyğun icra etməyə tərəfdar olsan,o qədər çox motivasiyalı olacaq ,daha az panikaya və inamsızlığa düşəcək və motivasiyanı itirəcəksən. 3.Özünü uğura köklə. Uğur stimulə edəndir.Uğurlu nəticələrə sahib olmaq üçün çox çalış və müvəffəqiyyət qazandıqca necə motivasiya olduğunu gör.Özünə xatırlat ki,sənin gələcəyə baxışın aydındır,sənin yaxşı müəyyənləşdirilmiş,nəticəyə istiqamətlənmiş məqsədlərin var.Uğur qazanmağın sirri çox çalışmaq,kreativlik və israrçılıqdır. 4.Özünü mükafatlandır. Məqsədlərinə çatdıqda və ya xüsusən vacib olan dövrləri keçdikcə özünü mükafatlandır.Qabaqcadan mükafatların nələr olacağını və hansı tapşırıqların, layihələrin, nəticələrin mükafatlandırılacağını müəyyənləşdir.Bu sənə səbirsizliklə gözləmək üçün nəsə verəcək, onu əldə etmək üçün əlavə həvəs və arzuladığın məqsədlərinə nail olanda həyəcan və entuziazm gətirəcək. 5.Hər şeyi perspektivdə saxla. Hər şeyi perspektivdə saxlamaq vacibdir və həmişə özünə niyə işlədiyini xatırlat.Əmək haqqından əlavə, bu, potensialını bilmək,özünü sağlam və faydalı hiss etmək,başqalarından fərqlənmək,kreativlik nümayiş etdirmək,bacarıqlarını inkişaf etdirmək,başqalarına kömək etmək və cəmiyyətlə əlaqədə olmaqdır.Həmçinin özünə xatırlat ki,iş işdir və sənin işdən sonra səbirsizliklə gözlədiyin,əyləndiyin və fərqli nələrsə etdiyin həyatın var. 6.Sağlam iş-həyat balansı yarat. İş vaxtı özünü itirmək və iş arenasından kənarda səni nə gözlədiyini unutmaq çox asandır.Sağlam iş-həyat balansı yaratmaq həm sənin ümumi motivasiyan,həm də rifahın üçün əsasdır.Əmin ol ki,işdən sonra xoşladığın fəaliyyətlərlə məşğul olmaq üçün özünə vaxt yaradırsan.Bu dostların və ya ailənlə vaxt keçirmək,kitab oxumaq,kursa getmək,alış-veriş etmək və s. kimi sənin kreativlik və enerjinə yönəlmiş hobbi və fəaliyyətlərinlə bağlı ola bilər. 7.Pozitiv düşün. Neqativlik enerjini tükəndirən,sürəti və entuziazmı azaldan və səni işlədiyin səbəblərə qarşı kor edən yoluxucu xəstəlik kimidir.Bütün neqativ düşüncələri özündən uzaqlaşdır və pozitivliyə diqqətini topla.Bunu etmək üçün motivasiya edici qeydlərə,səni ruhlandıran musiqilərə qulaq as,motivasiya yönümlü kitablar oxu,əhval-ruhiyyəni yaxşılaşdıran insanlarla söhbət et,özünü pozitivliyə stimulə edən əşyalarla əhatə et və işlədiyin səbəblərə diqqətini topla.Gülümsəmək üçün hər imkandan istifadə et. #Tabriz
Posted on: Tue, 06 Aug 2013 19:42:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015