Şəkərli diabetə əməliyyatla son (R) Sağlamlıq / Tarix 15 / - TopicsExpress



          

Şəkərli diabetə əməliyyatla son (R) Sağlamlıq / Tarix 15 / 07 / 2013 Saat 17:29 18px16px14px12px Azərbaycanda şəkərli diabet xəstələrinin sayı ilbəil artır. Son məlumatlar göstərir ki, əsasən irsi səbəblərə söykənən bu xəstəliyə düçar olanların sayı 150 mini ötüb. Amma tibb elmi də yerində saymır, xəstəliyin müalicəsində əldə olunan son nailiyyəti bir çoxları möcüzə kimi qarşılayır. İndiyə qədər yalnız iynə və dərmanla nəzarətdə saxlanılan xəstəliyi indi əməliyyat yolu ilə tam aradan qaldırmaq mümkündü. Yeni üsulu mərkəzi Ankara şəhərində yerləşən Bayındır Sağlıq Qrupu artıq Bakıda da həyata keçirməyə başlayıb. Bayındır Sağlıq Qrupunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fəridə Rəhimbəyova bildirir ki, əməliyyatları qrupun Ümumi Cərrahiyyə Şöbəsinin Bölüm Başkanı, professor Zəfər Ferahköşe Medera klinikasında həyata keçirir: - Yeni metodla illərlə şəkərli diabetdən əziyyət çəkənlərin sağlamlığı tam olaraq qaytarılır. Ancaq 2-ci tip şəkər xəstələrini, insulinlə yaşayanları, yaxud çox dərman qəbul edən diabet xəstələrini və həddən artıq kökəlməyə meylli olan insanları əməliyyat edirik. Əməliyyatdan əvvəl insulindən istifadə edən xəstə, əməliyyatdan çıxandan sonra insulini atır. Xəstələr əməliyyatdan sonra 6 ay müddətində sadəcə bir dərman içirlər. Bu müddətdən sonra əməliyyat olunan şəxs tam olaraq şəkər xəstəliyi əlamətlərinin itdiyini görür. 6 ay ərzində bərpa prosesi bitir. Əməliyyat nazik bağırsaqda aparılır və çox adam elə fikirləşir ki, oraya insulin ifraz edən kapsul tikilir. Ancaq bu, belə deyil, nazik bağırsaqda sadəcə yer dəyişimi olur. Nazik bağırsaqda tənbəllik var deyə, şəkər xəstələrində ifraziyyat yemək yedikdən 3-4 saat sonra başlayır. Nazik bağırsağın alt hissəsi kəsilir və üst hissəsinə tikilir. Heç nə əlavə olunmur, nə kəsilmir, nə də atılmır. Nazik bağırsaqda yer dəyişkənliyi baş verir. İnsan yemək yeyən dəqiqədə sərbəst insulin bədənə dağılır. - Əməliyyatdan çıxdıqdan sonra xəstələr istədiyi yeməyi və şirniyyatı yeyə bilər? - Əməliyyatdan sonra istədikləri yeməyi yeyə bilərlər, sadəcə, aşırı dərəcədə yemək olmaz. Xəstə olmayan insanın da bir oturuma çoxlu şirniyyat yeməsi ziyandır. Bu günə qədər diabet xəstələri pəhriz saxlayırdı, onlara yağlı qidalar, şirniyyat, mürəbbə və.s yemək qadağan idi. Bu əməliyyatdan sonra pəhriz saxlamağa ehtiyac olmayacaq, normal həyat tərzinə qovuşacaqlar. - Spirtli içkilər necə, qəbul edə bilər? - Spirtli içkilər də qəbul edə bilər, amma hamısından müəyyən dərəcədə. 145 kq çəkisi olan xəstə, əməliyyatdan sonra 21 kq çəki vermişdi. Bütün kök adamlar normal çəkiyə qayıdırlar. Ona görə ki, nazik bağırsağın yeri dəyişir, kök adamlarda köklüyə meylliliyi azaltmaq üçün mədəyə müdaxilə edirlər. - Mədəni balacalaşdırırlar, yaxud halqa qoyurlar? - Xeyr, mədəni balacalaşdırmırlar. Əməliyyat vasitəsi ilə bir növ onun şüurunu dəyişirlər. - Kök olmayan xəstələrdə də eyni əməliyyat aparılır? - Onlarda əməliyyat ancaq nazik bağırsaqda aparılır və mədəyə toxunulmur. - Azərbaycanda neçə nəfər bu əməliyyatdan keçib? - Madera Hospitalında 6 nəfər şəkərli diabet xəstəliyindən əməliyyat olunub və əməliyyatlar çox uğurlu keçib. Onlar bu gün də əməliyyatdan çox razıdırlar. İyunun 21-də professor Zəfər Ferahköşe Bakıya gələcək. - Əməliyyat neçə saat davam edir? - Ümumi narkoz altında əməliyyat 2 saatdan 3 saata qədər davam edir. - Ancaq 2-ci növ diabet xəstələrini müalicə etmək mümkündür? - Bəli. 1-ci növə aid olan 17-18 yaşında xəstələr gəlir, onlar və uşaqlar bu əməliyyat üçün heç uyğun deyillər. - Yəni, yaş məhdudiyyəti var? - 20-25-dən yuxarı şəkərli diabet xəstələrini əməliyyat etdirmək olar. - Yüksək yaş həddi nə qədərdir? - Bizə 72 yaşında xəstə müraciət etmişdi. Zəfər bəy sentyabr ayında əməliyyata uyğun gördü. Gələn xəstələr əvvəlcə həkim nəzarətindən keçir. Xəstənin çəkisini, boyunu yoxlayır və müəyyən analizlər götürülür. Həmin analizlərdən keçdikdən sonra sənədə xəstəni əməliyyat etməyə qol çəkir. - Şəkər xəstəliyi çox qorxunc xəstəlikdir. Şəkərdən əziyyət çəkənlər nə qədər mübarizə aparsa və müalicə olunsa da, daxili orqanları bitirir. Qaraciyəri, böyrəkləri, gözləri zəiflədir, həmçinin şəkər xəstələrində erkən qocalma müşahidə olunur. Bu əməliyyatla bütün bunlara həqiqətən son qoyulur? - Eksperimentlər 10 il bundan əvvəl Yaponiyada keçirilib. Biz artıq eksperiment dövrünü keçmişik, əməliyyat təsdiq olunmuş yenilikdir, Türkiyədə isə 4-5 il olar ki, bu əməliyyatlar baş tutur. Əməliyyatlar nəticəsində sadaladığınız bütün məsələlərə son qoyulur. Əməliyyatı ancaq Ankarada Zəfər bəy, bir də İstanbulda başqa bir həkim edir. Yəni bu əməliyyatı hər həkim bacarmır. Zəfər bəy də uzun illər Yaponiyanın Milli Onkoloji İnstitutunda işləyib və böyük təcrübə keçib. - Zəmanət var? - Zəmanət 100 %-dir. Əgər professor xəstəni əməliyyat etməyə razı olursa, bu, artıq onun zəmanətidir. - Bu əməliyyat Türkiyədə və Azərbaycanda da olunur. Aralarında qiymət fərqi varmı? - Türkiyədə baş tutan əməliyyatlar daha bahadır, ona görə də Türkiyəyə getməyə ehtiyac yoxdur. Ancaq məxfilik tələb edən bəzi xəstələr burada əməliyyat olunmağı və kiminsə onu görməyini istəmirlər, bu səbəbdən də biz onları Türkiyəyə göndəririk. Heç nədən çəkinməyən xəstələr buyurub bizə müraciət edə bilər. Madera Hospitalındakı şərait yüksək standartlara cavab verir, heç də xarici ölkələrin xəstəxanalarından geri qalmır. - Türkiyədə əməliyyat neçə faiz baha başa gəlir? - Qiymətin yarısı qədər. Publika.Az
Posted on: Tue, 16 Jul 2013 07:17:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015