ANA SƏHİFƏ Cümə, 9 avqust 2013, 16:45:28 Siyasət - TopicsExpress



          

ANA SƏHİFƏ Cümə, 9 avqust 2013, 16:45:28 Siyasət Ekonomiks Cəmiyyət Dünya Müsahibə Mədəniyyət Hadisə Kriminal İdman Texnoloji Ədəbiyyat Bizim tərcumə PublikaArt Qadın Tabloid.az İntim Gənclik Astrologiya Hava Sağlamlıq Avtomobil Maraqlı Glamour Layihələr "Bank of Baku" və "Unibank" müştəriləri necə aldadır? Ekonomiks / Tarix 06 / 06 / 2013 Saat 18:58 18px16px14px12px “Alış-verişi kredit kartı ilə et” kimi çağırışlar bu gün kommersiya bankların reklamlarının əsas məzmununu təşkil edir. Doğrusu, bank strukturlarının bu tip reklamlara xərclədikləri pulları havaya sovurulmuş hesab etmək olmaz. Çünki banklar 2012-ci ildən şərti adı taksit kart olan sistemin tətbiqinə başlasalar da, artıq kredit reytinqi yüksək olan paytaxtda hər 10 nəfərdən 5-də ödəniş kartı var. Sual doğuran sistemin daha çox kim üçün sərfəli olmasıdır. Yəni biz aldığımız malın dəyərini hissə-hissə ödəməklə büdcəmizi gücə salmırıq, yoxsa balansımıza pulu yatıran bankları gizli fazilərlə qazandırırıq? 5 bankdan 2-si bazarı monopoliyaya alıb Hazırda taksit kart sistemini 5 bank – “Bank of Baku”, “Unibank”, “Dəmir Bank”, “ASB Bank”, “Yapı Kredi” tətbiq edir. 2014-cü ilə qədər bu sahədə bankların sayının 10-na çatacağı proqnozlaşdırılır.Məlumat üçün bildirək ki, adi istehlak kreditlərindən fərqli olaraq alış-veriş kartları müştərilərə istədikləi zaman pulu nağd şəkildə götürmək imkanı vermir. Sadəcə, bankın partnyor olduğu dükanlardan alış-veriş şəraiti qazandırır.Karta oturdulan məbləğin limiti isə (əməkhaqqınızın neçə misli civarında) istifadəçilərin aylıq gəlirlərindən asılı olaraq müəyyənləşdirilir. Alış-verişin əsasında aylıq banka ödənilən məbləğ yenidən hesaba oturdulur. İlk baxışdan sadə və sərfəli görünən şərtlərin arxasında əslində ticarət obyektləri ilə bankların daha çoz qazanmaq istiqamətindəki əməkdaşlığı dayanır. Belə ki, taksit kartları ilə bağlı bütün dünyada qəbul olunmuş əsas prinsip - partnyor şəbəkələrdən edilən alış-veriş zamanı heç bir faizin hesablanmaması Azərbaycanda keçərli deyil. Partnyor şəbəkələrin əksəiyyətində alış-verişə 3-12-24 faiz arasında fazilər tətbiq olunur. Beləliklə, taksit kartları sistemi bankların adi kredit siyasətindən fərqlənmir. Maşın krediti faizinə məişət texnikası Götürək, “Bank of Baku” nun “Bolkart” layihəsini. Reklamlara inansaq istifadəçi sayı 100 min nəfər olan “Bolkart” almaq üçün komissiya haqqı ödənmir, zamin tələb edilmir. Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış təqdim etməklə vətəndaş karta sahiblənə bilir. Kartın ümumi istifadə müddəti 36 ay, limit məbləği 300-3000 manatdır. Bu pulla ölkənin 800-dən çox dükan və ticarət mərkəzindən 1, 3, 6,12 ay taksit müddətinə alış-veriş etmək olur. Bu arada reklam çarxlarında, elanlarında kartın əsas üstünlüyü kimi pulsuz verilməsi, faizsiz olması önə sürülür. Əslində doğurdan da bank birbaşa heç bir faiz tətbiq etmir. Çünki faizlər dükanlarda irəli sürülür. Xüsusilə, bahalı mağazalarda faizlər bəzən, hətta adi ipoteka kreditlərinin faizlərini belə geridə qoyur. Məsələn, “LG” kondinsioneləri mağazasında məhsulun “Bolkart” qiyməti real dəyərindən 6 aylıqda 12, 12 aylıqda 18 faiz, “Phoneland” 3 aylıqda 8, 6 aylıqda 15,12 aylıqda 20 faiz, “Retro Nar” 3 aylıqda 10, 6 aylıqda 15, 12 aylıqda 23 faiz, “Texnopark” 3 aylıqda 7,6 aylıqda 14, 12 aylıqda 22 faiz, HTB+ 3 aylıqda 8, 6 aylıqda 15, 12 aylıqda 24 faiz, “ELKO Elextronix” 3 ayda 8, 6 ayda 12,12 ayda 18 faiz , MİX Electronics 3 ayda 5, 6 ayda 10,12 ayda 21 faiz fəqlənir. Geyim dükanlarında da vəziyyət eynidir. U.S.Polo Assin-də “Bolkart” la alış-veriş edəkən müştərinin hesabından 14 faiz ,”Next”də 3 ay üçün 5 faiz, 6 ay 7 faiz, “MANGO”da 3 ay 5 faiz, 6 ay 7 faiz, “Promod” 3 ay 5 faiz, 6 ay 7 faiz, “Etam”da 3 ay 5 faiz, 6 ay 7 faiz, “RodiMood” da 10 faiz, “Fasion” da 3 ay 5, 6 ay 7, 12 ay 10 faiz, “Kiğılı”da 3 ay 5 faiz, 6 ay 10 faiz, “Diesel”də 3 ay 5 faiz, 6 ay 7 faiz, “Watch & Silver” 3 ay 5 faiz, 6 ay 10 faiz, 12 ay 20 faiz tutulur. Göründüyü kimi, taksit kartı adı altında az qala istehlak keditlərinin faizlərinə bərabər faizlər tətbiq olunur. Kartdan istifadə zamanı bonus qazandıran kredit kampaniyalarından isə danışmağa belə dəyməz. İstifadəçi sayına görə, “Bolkart”a azacıq uduzan, yumurta qiymətinə kredit verdiyini iddia edən “Unibank”ın “Albalı” taksit kartlarında da faizlər kəllə-çarxa çıxır. Bunun üçün tərəfdaşların siyahısına nəzər yetirmək kifayətdir. “İntegral Plus”da (mobil telefon) alış-veriş edərkən 6 aylıqda əlavə 10, 12 aylıqda əlavə 15, “World Telecom”da (mobil telefon) 3aylıqda 6 faiz, 6aylıqda 10 faiz, 12aylıqda 18 faiz, “Arçelik”də 10 faiz, LG Electronics-də 15 faiz, “Robotech” də 6 aylıq öz qiymətinə, 12 aylıqda əlavə 10 faiz ödənilir. “Swatch” da 1-ci ayda 2, 3-cü ayda 5, 6-cı ayda 8 faiz, “Raymond Wei”də 1-ci ayda 2, 3-cü ayda 5, 6-cı ayda 8 , “TISSOT”da 1-ci ayda 2 , 3-cü ayda 5 , 6-cı ayda 8 faiz komissiya şəklində tutulur. Bu arada ” “Bolkart”, “Albalı” katrlarından “Dəmir Bank”, “ASB Bank” və “Yapı Kredi”nin təklif etdiyi taksit kartlandan fərqli olaraq adi kredit kartı kimi istifadə mümkün deyil. Yəni onların vasitəsi ilə partnyor olmayan dükanlarda, internet vasitəsi ilə və ya adi bir müəssisədə istifadə etdiyiniz xidmətə görə haqq ödəmək olmur. 4 partnyoru olan “Aykart” Bildirək ki, “Dəmir Bank”ın layihəsi olan “Aykart” la 4 partnyor dükan var. Bunlardan biri məişət avadanlıqları dükanı, digəri şirniyyat və geyimdir. Bu kart əsasən tərəfdaş olmayan müəssisədə alış veriş imkanı yaradır. Alış-verişin maksimim limiti 500 AZN-dır. Hansı ki bu məbləğ effektiv 12%-lə banka geri ödənir. Yəni əlavə ödəməli olunan məbləğ 500:100*12=60AZN edir. Güzəşt müddəti yoxdur. Sərfəli kartların ağır şərtləri ASB Banka məxsus “Extra Card” “Bolkart” və “Albalı” kartların işlək olduğu dükanlarla tərəfdaşlıq etsə də bazarda yeni olduğundan hələlik taksit kartı funksiyasını yerinə yetirir. Yəni bu kartlarla alış-veriş faizsizdir. Üstəlik, Türkiyədə olduğu kimi istifadəçilərə 2-10 faiz arasında bonuslar verilir. Həmçinin “Extra Card” partnyor olmayan mağazalardan alış-veriş şəraiti qazandırır. Bunun üçün katr 500 AZN-lik alış-veriş imkanı yaradır. Partnyor olmayan mağazalarda edilən alış-verişdə taksit olmadığından növbəti ayın onuna qədər məbləğin tam ödənilməsi tələb olunur. Ödəniş zamanında yerinə yetiriləndə heç bir faiz tutulmur. “Worldcard”ın üstünlükləri “Worldcard”ın da istifadə imkanları genişdir. Türkiyənin lideri, dünyanın böyük kredit kartlarından biri olan “Worldcard” bazarın hərc-mərcliyinə baxmayaraq beynəlxalq imicini qoruyub saxlaya bilib. Konkret olaraq, “Bolkart” və “Albalı” bazarda monopolist qanunları ilə işləsələr də şərtlərinə görə, “Worldcard” taksit kartı funksiyasını yerinə yetirir. Düzdür, “Worldcard”dan hər bir Azərbaycan vətəndaşının istifadəsi mümkün deyil. Çünki bank kartdakı limiti nəzərə alaraq yüksək təminat (əməkhaqqının məbləği 1000 manatdan aşağı olmamalıdır) tələb edir. Bu arada “Worldcard” la alış-veriş faizsiz olsa da, gecikdirmə, limiti keçmə hallarında cərimə faizləri 28-40 faiz arasında dəyişir. Məsələn, son ödəniş tarixinə qədər dövri borcun tamamilə ödənməməsi halında (minimum məbləğin ödənməsi məcburidir) dövri borca hesab faktura tarixindən etibarən günlük balandan faiz hesablanır. “Worldcard” üçün tətbiq edilən alış-verişə dair faiz illik 28%-dir.Qeyd edək ki, “Extra Card” kimi “Worldcard” da istifadəcilərə bonus qazanmaq şansı yaradır. İstər ölkə daxilində, istərsə də ölkədən xaricdə, dünyanın istənilən yerində. Nağd pul çıxarışı Praktikada taksit kartları nağd pul çıxarılışı üçün nəzərdə tutulmur. Amma “Bolkart” və “Albalı” hərdən səxavətə gəlib yüngül şərtlərlə, kartdakı limitlə müqayisədə məhdud həcmdə (100-150 AZN arasında dəyişir) nağd pul çıxarışina icazə verirlər. O da yalnız kompaniyalar müddətində. “Aykart” la bağlı vəziyyət isə fərqlidir. Kartın istifadəçiləi “DəmirBank”ın bankomatlarından hər ay 200 manatadək nağd pul çıxarmaq imkanına malikdirlər. İstifadə edilən məbləğ (6% ilə) banka bərabər hissələrlə 3 aya ödənilir. “Extra Card” la ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal, rabitə ödənişlərini asanlıqla həyata keçirmək olur. “Extra Card “dan günlük nağd çəkim limiti 2.000 AZN, POS Cash limiti isə 6.000 AZN-dir.”Worldcard” ilə də istər ölkədaxili, istər ölkəxarici hər hansı bankomatdan pul çıxarmaq mümkündür. “Worldcard” üçün tətbiq edilən hissəli nağd avans çəkiliş faizləri və hissə alternativlərinə gəlincə, 3 hissə-hissəyə qədər illik 28 faiz, 3 - 6 hissə-hissə arası üçün illik 27,5 faiz, 6 - 9 hissə-hissə arası üçün illik 27 faiz, 9 -12 hissə-hissə arası üçün illik 26, 5 faizdir. Nağd pul çıxarılışına görə, “Bolkart” 2,5faiz, “Albalı” 5 faiz, “Aykart” 2 faiz, “Extra Card” 2 faiz, “Worldcard” 2,34 faiz haq tələb edilir. Bəlli olduğu kimi ən yüksək haq tələbi 500 manat limiti olan “Albalı”dadır. Nağd pulun ödənişinin geçikməsi tətbiq olunan zamanı aylıq faizlər də diqqət çəkir. “Bolkart”, “Albalı”, “Aykart” üzrə 30 faiz, “Extra Card”, “Worldcard” üzrə 3,5 faizdir. “Bank of Baku” və “Unibank” ın dərdi nədir? Yuxarıda qeyd etdiyimiz bütün faktlar Azərbaycanda taksit kart sisteminin mövcud şərtlərini çılpaqlığı ilə əks etdirir. Əslində bu sahədə bazarda monopoliya yaradan “Bank of Baku” eləcə də “Unibank” təkcə müştəriləin cibinə girmir, eləcə də nağdsız ödəniş sisteminin inkişafına, gizli iqtisadiyyatın (alış-veriş plastik kartı ilə həyata keçirildikdə qarşı tərəf məcbur olaraq qəbz verir) qarşısının alınmasına mane olur. Belə ki, kartla ödəmənin “zəncirləmə” üstünlükləri var. Plastik kartdan istifadə - nağdsız ödənişlərin artması dövlətin pul çapına xərcini azaltmasına səbəb olur, inflyasiyanın qarşısını alır, eləcə də ticarəti canlandırır. Kredit kartları ilə bonus, kredit və digər kampaniyaların tətbiqi satışların artmasına səbəb olur. Xüsusilə, faiz olmadıqda qərarsız müştərilərin alış-veriş qərarını tezləşdirir. Yeri gəlmişkən, plastik kartladan istifadənin Azərbaycanda hansı vəziyyətdə olması statistik rəqəmlərdən də açıq şəkildə görünür. Cari ilin 3 ayında pərakəndə ticarət dövriyyəsi 5 887.7 milyon manat olub. Eləcə də bu ilin yanvar-mart ayları ərzində debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 2 milyard 308 milyon manat təşkil edib. Ölkədaxili əməliyyatlardan 2 milyard 25 min manatını ATM və POS-terminallar vasitəsilə nağd pulun çıxarılması təşkil edib. ATM və POS-terminallar vasitəsilə nağdsız ödənişlər isə cəmi 113 milyon manat olub. Yəni, mal və xidmətlərin dəyərinin cəmi 4,9 faizə yaxını plastik kart vasitəsilə ödənib. Əlbəttə, nağdsız ödənişlərin səviyyəsi qənaətbəxş deyil. Digər tərəfdən banklar sinələrinə döysələr də dövriyyədə olan ödəniş katlarının sayı da azdır. Mərkəzi Bankın məlumatına görə, hazırda dövriyyədə 5 milyon 175 min ədəd ödəniş kartından cəmi 525 min ədədi kredit kartıdır. Mütəxəsislər hesab edir ki, taksit kart istifadəçilərinin sayını artırmaq üçün banklar şərtləri nisbətən sadələşdirə bilərlər. Amma bu bazardan daha çox pay almaq naminə edilməməlidir. Əks halda yerli banklar bir neçə il öncə Türkiyə banklarının düşdüyü vəziyyətlə üzləşə bilərlər. Xatırladaq ki, Türkiyə bankları verdikləri borcları geri yığmaqda ciddi problemlə üzləşmişdilər. Leyla Əliyeva
Posted on: Fri, 09 Aug 2013 11:47:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015