Azerbaijan Youth Film Festival 2013 elan olunur! Biz bu gündən - TopicsExpress



          

Azerbaijan Youth Film Festival 2013 elan olunur! Biz bu gündən başlayaraq Avqust ayının 30 – na kimi çəkdiyiniz filmləri qəbul edirik. Sizdən xahiş edirik ki, çəkdiyiniz filmlərin youtube linkini bizim səhifənin şəxsi mesaj bölməsinə göndərəsiz. Qaydalar ilə tanış olmaq üçün aşağıdakılara diqqət yetirin: Film çəkmək istəyirsən? Dünyagörüşünü başqaları ilə paylaşmaq istəyirsən? Ölkəmizdə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün Azərbaycan Youth Film Festival keçirilir. Festivalada müsabiqəyə buraxılmaq üçün gənclər aşağıdakı kateqoriyalar üzrə öz filmlərini təqdim edə bilərlər: - Qisa müəllif filmi - Musiqili video (klip) - Sənədli film İştirakçılar 13 – 23 yaş arasında olmalıdır. Təqdim olunmuş filmlər 15 dəqiqədən artıq olmamalıdır. Hər iştirakçı bir film təqdim edə bilər. Qrup şəklində çalışan iştirakçıların hər biri bir film təqdim edə bilər. Təqdim olunmuş filmlər şagirdlər tərəfindən yazılmalı, filmə çəkilməli və redaktə edilməlidir.Müəllimlər, icma tərbiyəçiləri və Sülh Korpusu künulluləri yalnız aktyor kimi iştirak edə bilər, başqa cür kömək edə bilməz. Filmlər Avqust ayının 30-nə kimi təqdim olunmalıdır. Mükafatlar 3 yer üzrə veriləcək. Birinci yerin qalibi netbook ilə, ikinci yerin qalibi kamera ilə, 3-cü yerin qalibi 5 ən məhşur filmlərin DVD paketi ilə mükafatlandırılacaq. Festival günü: 8 Sentyabr Iştirakçıları üçün yerləşmə və nəqliyyat xərcləri ödənilir. Keçən ilki müsabiqənin qalib videolarını buradan izləyə bilərsiz: youtube/playlist?list=PLRELutc7SrNbTNmHMc_-tS4znETxqhYg8
Posted on: Thu, 01 Aug 2013 05:27:53 +0000

Trending Topics



e="min-height:30px;">
I am over the bandwagon of burning jerseys, taking them off
How to Find FLU Designs F-35004 Grip Seat Cover for YZ 125/250
ျမန္မာျပည္ MOH
Oooops having promised myself I was not going to get another pup
Out of love, theres nobody around All I hear is the sound of a
I feel at this time I can share a little about the progress Zac

Recently Viewed Topics




© 2015