“Benzinin pərakəndə qiymətində Xəzəryanı regionda - TopicsExpress



          

“Benzinin pərakəndə qiymətində Xəzəryanı regionda yalnız Rusiyaya uduzuruq. Rusiyada benzin Azərbaycanla müqayisədə 7 sent baha satılır. Ölkəmizdə 1 litr benzinin qiyməti 77 sentdir. Qazaxıstanda qiymət 71, Türkmənistanda 22 sentdir. Iranda qiymət sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də, bizdəki qiymətdən 38 faiz aşağıdır. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır.Başqa bir müqayisə: ABŞ-da benzin 75 sentə satılır. Nefti idxal edən və orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımını əsaslandırmaq çox çətin olar.
Posted on: Fri, 08 Nov 2013 07:57:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015