MƏKTUB Salam Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm - TopicsExpress



          

MƏKTUB Salam Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm Anar. İnanırsan, qələmi götürənə qədər çox şey yazmaq istəyirdim, amma indi hər şey yadımdan çıxıb. İnana bilmirəm ki, səni tapmışam. Yadındadır, səninlə yolda fərqli cəmiyyətdən danışırdıq. Bilmirəm necə oldu, amma mən elə bir yerə düşmüşəm ki, burada hamı tam biz istəyən kimidir. Heç kəs heç kəsdən sirr saxlamır. Hamı fərqlidir. Amma birlikdə hamı bərabərdir. Burda cəmiyyətin ədalətsizliklərinə qarşı mübarizə aparacağıq. Kapitalizmin, demokratiyanın səhvlərini aradan qaldıracağıq. Bilirsən biz təkcə öz ölkəmizi yox, bütün dünyanı birləşdirmək istəyirik. İnsanları nə irqinə, nə dilinə, nə də millətinə görə bölürük. Hər kəs insandır. Kommunistlərdən fərqimiz isə ondadır ki, biz Allaha inanırıq. Fərqi yoxdur hansı dinə mənsubdur. Əgər kimsə Allahın varlığına inanırsa bu bizim üçün bəsdir. Bir də hər kəsin fərqli olduğunu qəbul edirik. Burda mənasız insanlar yoxdu. Heç kəs maddi şeylərin dalınca qaçmır. Biz nə bahalı geyim istəyirik, nə də ki qır-qızıl. Bizim fikrimizcə dünyanın ən mənasız addımı qızılı qiymətli hesab etməsində olub. Ətrafımızda gənclər çoxalır. Dünyanı əxlaqsızlıq və cinayətlərdən xilas etmək istəyirik. Bizim başçımız var. Amma onu hələ görməmişəm. Elə bir insandır ki, heç kəs onun qarşısını ala bilməz. Onun böyük planı var. Amma heç kəs bilmir bu plan nədən ibarətdir. Cəmiyyət özünü HOST adlandırır. Hava Od Su Torpaq. Bunun dərin mənaları var. Bir məktubda yazmaq olmaz. Məqsəd köhnə sistemi tamam dağıdıb yerinə sistemsizlik gətirməkdir. Tam Azadlıq. Sərhədlər yox, dillər yox. Biz hər kəsi bərabər edə bilməyəcəyik. Bu utopiyadır. 6 milyard insanı bərabər etmək olmaz. Lap pulu bərabər bölsək də, hüquqları bərabər bölsək də heç vaxt gözəl ilə çirkini bərabər edə bilməyəcəyik. Sosializmin ağılsız səhvi bunda idi. Heç vaxt gözəl ilə çirkin, uzun boy ilə qısa boylu, kök ilə arıq bərabər ola bilməz. Biz deyə bilmərik ki, hər kəsin gözü qara rəngdə olmalıdır. Kimsə yaşıl gözlə doğulubsa qaraya dəyişsin. Başqalarından gözəl olmasın. Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri dəyişəcəyik. Biz düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu kim varlıdır kim kasıb. O hər kəsə eyni qədər işıq verir. Hava Od Su Torpaq da bu deməkdir. Onlar qədər fərqli bərabər. Bir-birini təkrarlamayan, sadəcə tamamlayan və heç biri digərindən üstün olmayan fərqli, amma bərabər ünsürlər QARAQAN "A" ROMANINDAN
Posted on: Sun, 14 Jul 2013 12:06:52 +0000

Trending Topics



4463519">YOU DONT WIN YOUR OPPOSITION WITH AN ARGUMENT My teacher, when
VERKEERDE OORDEEL Lees Handelinge 28: 1 – 6 “Toe die
The Place of Waiting by J.W. Wright (pen name) Bring calm

Recently Viewed Topics




© 2015