Mən... Toğrul... Və ya artıq hər kimsə... “Bana - TopicsExpress



          

Mən... Toğrul... Və ya artıq hər kimsə... “Bana gülüyorsunuz, çünkü ben farklıyım. Ama ben de size gülüyorum, çünkü hepiniz aynısınız.” Jonathan Davis Salam... Yenə də mənəm, Toğrul. Yenə də sözlər dünyasına qonaq gəlmişəm. Çoxdur sözüm, çünki çoxdur qəlb qırıqlıqlarım. Həyat yorur məni, ürəyimi, ruhumu alır məndən. Və çox təəssüf ki, həyata bu işdə bəzi dostlarım, sevdiklərim kömək edir... Bəzən özümə sual verirəm: - Nəyə görə bu hadisələri yaşayıram? Bunları yaşamağa layiqəm? Yoxsa, yaşadıqlarım hamının dediyi kimi, doğurdan da əsas imtahana hazırlıqdır? Axı nə fərqi var?! Onsuz da bu həyatı, kabus dolu gecələri və qaranlıq gündüzləri yaşamağa məcburam... Deyirlər ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var. Lakin unudurlar - Hər bir işıqlı səhər yenidən qaranlıq gecəyə doğru gedir... Və bilirəm, bir gün səhər açılmayacaq...! Bu mənəm?! Bu qədər pessimistəm?! Yox, ola bilməz! Mənim gözəl xəyallarım var, mənim gözəlliklə dolu xəyali dünyam var. Anlayıram, insan əslində optimist varlıqdır, lakin qəlb qırıqlıqları, xəyalların məhv olması insanı pessimist edir. Deyirlər ki, gərək realist olasan, gözünü açıb xəyal dünyasından həyata baxasan... Mən baxa bilmirəm, çünki Real Həyat dedikləri bir şey mənə gözlərimi kor edən sulfat turşusu kimi görsənir... Çox çirklidir bu həyat da, dünya da... Həyat... Həyat nədir?! Görəsən, bu həyatı yaşayan insanlar, hər gün yeyib-içən, ağlayan-gülən, uyuduqdan sonra dünyada nələr olduğunu heç düşünmədən gözlərini yumub yatan hər bir fərd yaşadığı bu həyatın nə olduğunu özündən soruşurmu? Məncə, insanlar həyatın əsas niyyətini, oyununu, fırıldağını anlasalar, həyatı özlərinin ən böyük düşməni sayarlar. Lakin ətrafımda gördüyüm insanların içindəki qurdlar, həmin insanların fırıldaq istedadları o qədər güclüdür ki, həyata yazığım gəlir... Bəzən düşünürəm, nə yaxşı ki, insan ona verilən şüurdan tam şəkildə istifadə edə bilmir... Bəs mən?! Mən də başqa insanlar kimiyəm? Xeyir, mən çox fərqliyəm. Onlar kimi düşünmürəm, onlar kimi baxmıram həyata. Bəs o zaman mən kiməm? Toğrul adının mənası - Qüdrətli, güclü, şahin deməkdir. Əfsanəvi, qüdrətli bir hökmdarın adı olub... Bəlkə mən də Toğrul adına layiq olub, öz qüdrətimlə cəmiyyəti dəyişdirə biləcəyimə inanan, hər kəsdən fərqlənən, bəzi insanlara görə anormal sayılan, hətta insan adlanmaq istəməyən gənc bir varlığam? Yoxsa, insanlara qarışan, onlar kimi yaşayan, ünsiyyət quran, beynində hər kəsdən gizli fikirləri olan Toğrul adlı gənc bir insanam? Hərdən elə yorğun oluram ki, bu sualları önəmsəmirəm. Nə fərqi var, hər kiməm?! Önəmli olan başqaları kimi deyiləm...!
Posted on: Sun, 20 Oct 2013 07:43:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015