“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az - TopicsExpress



          

“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az saytına müsahibəsi - Komandanız Almaniya “Eintracht”ı ilə oyuna necə hazırlaşıb? - “Xəzər Lənkəran”la çətin oyunun ardından bizim hazırlıq üçün müəyyən vaxtımız var idi. Komanda artıq bərpa dövrünü keçib və hamı bu oyuna hazırdı. - Reynaldo istisna olmaqla... - Hə, onda komandadan ayrı çalışır. Təəssüf ki, bizə kömək edə bilməyəcək. “Qarabağ” üçün bu, çox ciddi itkidi. Amma buna baxmayaraq, biz onun yoxluğunda da “Eintracht” ilə oyunda uğurlu nəticə qazana bilərik. - Necə nəticəni nəzərdə tutursuz? - Fikrimcə, istənilən hesablı qələbə bizə üstünlük qazandıracaq. Amma bunun üçün qol vurmağımız lazım gələcək. Həmçinin düşünürəm ki, bizim qol buraxmamağımız da asan olmayacaq. Qol buraxmadan qələbə qazansaq, bu, ümumi qələbə yolunda çox önəmli addım olacaq. - Bilirsiz ki, stadion tam dolu olacaq? - Bilmirdim. Hər halda xəbər verdiyiniz üçün sağ olun. Hələ Azərbaycanda dolu tribunalar qarşısında oyun keçirməmişəm. Əlbəttə, bu fakt bizə qələbə qazanmaq yolunda əlavə stimul olacaq. - Komandanız Avroliqa ilə yanaşı çempionatda da uğurlu çıxışını davam etdirir... - Bunlar iki fərqli turnirlərdi. Amma biz turnirlərin, oyunların statusundan asılı olmayaraq, hər dəfə meydana yalnız qələbə qazanmaq üçün çıxırıq. Xüsusilə Premyer Liqada qarşımıza ən yüksək hədəflər qoyulub. - Çempionat Avroliqadakı çıxışınıza mane olmur ki? - Gördüyünüz kimi, hələlik heç bir təsiri yoxdu. Premyer Liqa oyunlarında məşqçilər korpusu rotasiyalara da əl atır. Məsələn, “Xəzər Lənkəran”la son çempionat oyununda da belə dəyişikliklər oldu.
Posted on: Thu, 22 Aug 2013 08:46:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015