Qısa Qapanma Bir yaz axşamı bu dünyaya - TopicsExpress



          

Qısa Qapanma Bir yaz axşamı bu dünyaya atıldım…gözlərimi açmaq istəsəmdə qoymadılar…icazə vermədilər.. Bir gün...bir gün gözlərim açıldı və yeni dünyanın qaranlığından çıxdım..anamı..gördüm və başa düşdüm ki kim məni bura göndəribsə ondan sonra bu insandı.. Illər keçdi… Fəsillər dəyişdi… Insanlar gördüm…insanları tanıdım… Və xoşlamadım bu dünyanı… Hələ 6 yaşındaydım…və durmadan soruşurdum: "…bura məni kim göndərib?" Kimi sevirdim sə kimlə dost olurdumsa ya xəstələnirdi,yada ki köçüb gedirdilər. İlk şeirimi yazanda anladim ki, Tanrı sevmir şairləri. Çünki şairlər yaşadığı həyatdan yox içindəki fırtınadan yazar… Həmişə deyərdilər dünya müqəddəsdi…ədalət qalib gəlir…xeyir həmişə üstündür…bütün insanlar eynidir…və muqəddəsdir….dedilər üsyan etmə…günahdı… Ilk dəfə şeiri yazıb qıza verəndə oxuyub mənə güləndə anladım ki, dünyada insanlıq sevilmir əsas daxili aləm deyil,boş olsada olar…. Bir qızı sevdik…16 yaşında. Ehtirassız sevgi yəni saf sevgi ilə. O isə maşını , pulu olanı seçdi… Sevginin sadəcə bir boş hiss olduğunu anladım….heç hiss də deyildi..Sadəcə məşhur bir kəlamdı….sevgi… Rəsmlər çəkdim…Dünyamı çəkdim, bir gözəlin gülüşündən çox göz yaşını çəkdim. Onun göz yaşını sevdim… İmtahan verdim…Rəssam olmaq istədim…Rəsmlər çəkdim.Ancaq anladım ki, əsas rəsmlər yox pul imiş.… İçimə qapananda həyatı anlaya bildim……Anladım tozlu otaqlarda hər şeyi.. Kəşf edirdim…bir tək özümdən başqa hər gün Tanrımla danışırdım… Hər gün üsyan edirdim… Bəs ədalət…Axı bu dünya sevgi üzərində qurulmuşdu.. Bəs nə oldu həə Tanrı… Niyə insanlar səni sevəndə onlar incidilir. Tarix güclülər ilə yazılır, zəiflər isə həmişə əzilir… Savab xətrinə namazın qılınmağın görəndə, üzümü çöndərdim günəşdən… Dünyaya baxış artıq dəyişildi..… Artıq getmək istəyirdim buralardan …Çünki burda hər şey saxta idi…Hər şeyi göstərmək üçün edirdilər. Hər dahinin sonu niyə əzabla bitir…? Dahilər niyə hər şeyi kəsf edirdilər səni anlamağa çalışanda isə onları yanına alırsan niyə..? Yaş artıq 20…indidə hər axşam Tanrımla danışıram və eyni sualı verirəm… "Niyə məni bura göndərdin? Nə günah etmişdim axı?" Yaş 20 olsada artıq həyatın nə olduğunu yavaş yavaş anlayırdım... Bir gün yıxılanda yanımda heç kəsin yanımda olmadığını ondan başqa…Və həmin gecə onu anladım …dost…sevgi…ədalət..deyilən bir şey sadəcə utopyadır… Ancaq Tanrı… Çünki məni ayağa qalxizanda elə mənim Tanrım idi…Bu saxta dünyada güvənəcəyin, dostun təkcə Tanrıdır.Aancaq Tanrı sevgisi, etibarı səni peşman etməz. Çox istərdim bir gün səndən cavab almağı…Səni görməyi….. #şahin_k
Posted on: Mon, 09 Sep 2013 15:31:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015