VAXTINDA GƏLMƏDİM BU DÜNYAYA MƏN *** (kısa) Vaxtında - TopicsExpress



          

VAXTINDA GƏLMƏDİM BU DÜNYAYA MƏN *** (kısa) Vaxtında gəlmədim bu dünyaya mən, Tələsdim,geçikd im...Bilə bilmirəm. Nə qədər istək var içimdə,ölüb, Nə qədər yaşayır,hələ bilmirəm. * Vaxtında gəlmədim bu dünyaya mən, Baharı ötürdüm,yaza çatmadım. Arayıb bulunca xirman yerini, Çoxu payladılar,aza çatmadım... * Dünya fırlanırdı elədən belə, Bilməzdim günlərim hədər geçəcək. Onun ürəyindən zamanın oxu, Mənim ürəyimdən kədər geçəcək. * Tanrı daş atmışdı mən gələn günə... Dağın bu üzündə günəş batırdı. Göz yaşım çilənıb boz buludlara, Buludun ətəyi yerə çatırdı. * ...... * Vaxtında gəlmədim bu dünyaya mən, Gəldim ki...həyatın tadı dəyişmiş. Leyla da başqadı,Məcnun da başqa, Sevginin ünvanı,adı dəyişmiş. * Nə gözəl tapılır məni sevəsi, Nə gül,nə bir çiçək,üzüm,dəri m mən. İllər də sədd qoyub eşqə,həvəsə, Bu yaşda çiçəyi kimə verim mən. * .... Vaxtında gəlsəydim bu dünyaya mən... Qədərə,qismətə sözüm yox,daha. Çiynimə o qədər günah yazılıb, Qayıdıb getməyə üzüm yox daha. *** V.E.(S.) *
Posted on: Thu, 24 Oct 2013 15:38:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015