Xəbər portalları və sosial şəbəkələrdə ən çox adı - TopicsExpress



          

Xəbər portalları və sosial şəbəkələrdə ən çox adı hallanan futbolçular məlum olub. Qol.Az-ın məlumatına görə, İspaniyanın Covelo şirkətinin apardığı araşdırmaya əsasən ən çox haqqında yazılan oyunçu Barselonadan Lionel Messidir. Argentinalı hücumçunun adı 2013-ci ilin ilk günündən avqust ayına qədər 47 milyon 491 min 470 dəfə yazılıb. Bu siyahıda ikinci pillədə 17 milyon 687 min 853 dəfə haqqında danışılan Neymardır. Kriştiano Ronaldo isə (10 milyon 931 min 225) üçüncüdür. Bundan sonrakı yerlərdə isə Ueyn Runi, Serxio Ramos, Mario Balotelli, İker Kasilyas, Zlatan İbrahimoviç və Didye Droqba qərarlaşıb. Maraqlıdır ki, Qalatasarayın 35 yaşlı ulduz futblçusu Droqba bu siyahıda Falkao, Robben, Xavi və İnyesta kimi futbolçuları qabaqlayır.
Posted on: Tue, 26 Nov 2013 11:16:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015