bizde böyle haber çıkmadı. ama gardaş larımız uyarıyor - TopicsExpress



          

bizde böyle haber çıkmadı. ama gardaş larımız uyarıyor tehlike yakın diyor. Qondarma erməni soyqırımı yenidən Amerika Konqresinə çıxarılır Çərşənbə, 06.08.2013 05:14 GünAz TV: Bir qrup konqresmen uydurma soyqırımın tanınması üçün təşəbbüs qaldırıblar. ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresində yenidən qondarma erməni soyqırımı məsələsi gündəmə gələ bilər. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bir qrup konqresmen qondarma soyqırımın tanınması üçün təşəbbüs qaldırıblar. Amerika ermənilərinin Milli Komitəsinin (ANCA) məlumatına görə, uydurma soyqırımı dəstəkləyən konqresmenlər arasında Eliot Enqel, Skot Harrett, Raş Holl, Stiv İzrael, Nita Loui, Devin Nyuns, Bred Şerman, Kris van Hollen,Henri Vaksman və başqaları var. Qeyd edək ki, erməni lobbisi dəfələrlə qondarma erməni soyqırımı məsələsinə ABŞ Konqresində "soyqırım” kimi tanınmasına dair qətnamə layihəsini təqdim edib. Türkiyənin apardığı güclü lobbi fəaliyyətləri sayəsində layihə gündəliyə çıxarılmayıb. N.S
Posted on: Tue, 06 Aug 2013 23:18:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015