Allerqologiya allergiya və allergik xəstəliklərə məşğul - TopicsExpress



          

Allerqologiya allergiya və allergik xəstəliklərə məşğul olur. Həkim-allerqoloq – allergenlərlə mübarizə aparan, allergik xəstəliklərin və immun sisteminin pozğunluqlarının müalicəsi üzrə mütəxəssisdir. Həkim-allerqoloqa müraciət etməyin və müvafiq analizlər verməyin səbəbi aşağıdakı simptomlar ola bilər: tez-tez infeksion xəstəliklərə yoluxma; xroniki yorğunluq sindromu; ağır və çoxsaylı patologiyaların mövcudluğu; həzm sisteminin xroniki pozğunluqları; gözlərin qizarması; məxmərək. Allergiya baş verə bilər: kontakt gənlə akvagen (su) isti mövsüm alergiya. Ona görə də hər bir allergik xəstəliyin yaxşı müalicəsi üçün allergiyanın əsas səbəblərini, mexanizmlərini, allergik reaksiya zamanı orqanizmdə baş verənləri bilmək çox vacibdir və allergik reaksiyanın ilkin simptomlarının yaranması zamanı vaxtında həkimə müraciət edilməlidir. Analizlərin köməyi ilə allergiyanın səbələrinin təyin olunması sizə allergiyanın hazırki təzahürlərindən qurtulmağa, gələcəkdə isə yaranmasının qarşısını almağa kömək edəcəkdir. Bunun üçün dərhal başlanğıc simptomlarda allerqoloqa müraciət etmək və allergiyaya görə analiz vermək lazımdır. Müalicə antibiotiklər, hormonlar və digər kimyəvi preparatlardan istifadə edilmədən aparılır.
Posted on: Wed, 14 Aug 2013 10:39:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015