Ay batdı, sübh açıldı, Zeynəb nəvayə gəldi, Zəhra - TopicsExpress



          

Ay batdı, sübh açıldı, Zeynəb nəvayə gəldi, Zəhra dedi-Hüseyn vay! Aləm sədayə gəldi. Çün, yıxdılar atından Sultani-təşnə kami, Dünyayə oldu elan Qutləl-Hüseyn pəyami, Cənnatdən eşitdi Peyğəmbəri-Girami, Nəleynsiz, əbasız Kərbübəlayə gəldi. Peymanə amil odi, Cananə verdi canin, Şövqi-şərafət ilən teyy etdi imtəhanin, Şümri-dəğa tökəndə xaki-miyanə qanin, Üz dutdi asimanə, həmdü sənayə gəldi. Xuni-Xuda töküldi gudali-Kərbəlayə, Yerlər təzəlzül etdi, rişə düşüb səmayə, Kərrubiyani-lahut ağlaşdı bu bəlayə, Yel əsdi, gün dutuldi, zülmət fəzayə gəldi. Xuni-Hüseyn boğazdan cari olan zəmani, Cibril apardı ərşə bir şişədə o qani, Ol şişədən nümudar oldi bəla nişani, Qovzandı buyi-matəm, əhli-səmayə gəldi. Nuri-həq odi lame başsız qalan bədəndə, Rəsi-Hüseyni-məzlum sərnizəyə gedəndə, Badi-siyah əsəndə, yel zəlzələ edəndə, Sındı nizami-dünya, həddi-fənayə gəldi. Nəzdik idi yerindən çıxmun mədari-dünya, Ali-Üməyyə etsün dəsturi-şəri mülğa, Sərnizədə edəndə rəsi-Hüseyn təcəlla, Dini-Muhəmməd üstə nurani-sayə gəldi. Fərmani-qarət ilən telli aşub ərəblər, Gördü o hayi-huyi ətfali-zari-müztər, Qaçdıla xeyməgahə, yerdən ucaldı səslər, Əmmə, amandu, ləşgər xeyməsərayə gəldi. Səhranəvərd ərəblər xərgahi yandıranda, Başi açıq hərəmlər oddan çıxub qaçanda, Qalxub buxari-atəş, gizləndilər dumanda, Tüsti ucaldı, qarə pərdə həvayə gəldi. Bir xırda qız qaçırdı, tutmuş alov əbasın, Mərdi-yəhudi dutdi, xamuş edüb libasın, Gətdi ələ Hüseynün dilbəndinün rizasın, Əhsən o şeyxə, müşgül vəqtə hərayə gəldi. Gər etməsəydi Zeynəb nəsli-Hüseynə imdad, Olmuşdu od içində suzan imami-Səccad, Qıldi rəşadət ilən oddan imami azad, Bir tazə zinəganluq Zeynəl-ibadə gəldi. Zəhra gəzərdi gündüz ətrafi macəradə, Ta Kufəyə Hüseynün getdi başı cidadə, Nəşi-Hüseyni axşam başsız qoyub aradə, Gün batcaqun o xatun mətbəxsərayə gəldi. Hurani-baği-cənnat məhzun giriftə sima, Həvva, Xədicə xatun, Məryəm, cənabi-Sara, Aşüftə-mu, siyəhpuş, dillərdə - Va Hüseyn va, Zəhrayə həmdəm olsun, bəzmi-əzayə gəldi. Əlli üç il qapunda, var Yəhyəvi, Hüseyn can, Nohə yazub, ğəmündə olmuş məriz o nalan, Dəsti-mübarəkünlə dərdinə eylə dərman, Ümmidi-səhhət eylə, babi-şəfayə gəldi
Posted on: Sat, 28 Sep 2013 11:11:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015