Bir qayda olaraq yayın ilk günlərindən bal və çöl - TopicsExpress



          

Bir qayda olaraq yayın ilk günlərindən bal və çöl arılarının akvivləşmə dövrü başlayır. Bu həşaratların sancması zamanı kəskin ağrı, ödem və güclü allergiya əmələ gəlir və vaxtında köməklik göstərilməsə ölüm də müşahidə oluna bilir. Arı sancması zamanı arının qarnının qutaracağında neştər vasitəsilə yaraya zəhər yeridilir. Bal arıları adətən neştəri yarada saxlayır. Çöl arıları bir qayda olaraq sancdıqda neştəri qoruya bilirlər. Sancma zamanı qısa müddətli ağrı və yanma, sonra isə ödem və allergiya baş verir. Birinci növbədə tikanı çıxarmaq, sonra isə yaraya soyuq əşya qoymaq lazımdır.Xəstəyə çoxlu maye içirtmək lazımdır. (Spirtli içki olmaz) Arı sancması zamanı allergiya 2% insanlarda təsadüf edilir. İlk sancmada allergiyanın olub-olmamasını ödemin həcminə əsasən bilmək olar. Allergiya zamanı dərhal həkimə müraciət etmək lazımdır. Anaflaktik reaksiya olduqda səpmə bütün bədən boyu yayılır və baş ağrısı, ürək döyüntüsü, üzdə ödem, şişmə, temperatur, qusma halı baş verir. Təcili yardım gələnə qədər histamin əleyhinə (Suprastin, dimedrol) 1-2 həb vermək, ürək çatışmazlığı və boğulma olsa qapalı ürək masajı etmək lazımdır. "Kvinke” ödemi (dəri, dərialtı toxuma və selikli membranların məhdud qəfil şişkinliyi) olarsa dəri altına Histamin əleyhinə (Dimedrol, Suprastin) yeritmək lazımdır. Risk qrupuna 12 yaşdn yuxarı şəxslər və qadınlar daxildir. Arı sancması kütləvi (3-20) olarsa daha təhlükəli vəziyyət yarana bilər.
Posted on: Mon, 15 Jul 2013 15:40:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015