Bir çox problemlərin əmələ gəlmə səbəbi kimi stress - TopicsExpress



          

Bir çox problemlərin əmələ gəlmə səbəbi kimi stress gostərilir, bu kəskin və xroniki depressiya və ya lap ciddi psixonevroloji xəstəlik şəklində özunu göstərə bilər.Hər bir insanin ən zəif yeri haradirsa stressin mənfi təsiri də məhz o orqanda təzahur edir..Bəzilərində mədə bagirsaq sistemi, bəzilərində urək qan damar sistemi, lakin bir çox hallarda məhz saçlar keçirilmiş stressin mənfi təsirinə məruz qalır. Məsələ burasındadır ki , stress zamanı hissi sinir liflərinin uclarından bioloji aktif maddələr olan noradrenalin,asetilxolin dofamin və s.ifraz olunur. Saç follikullari isə çox zəngin innervasiyaya malikdirlər və mərkəzi sinir sisteminə təsir edən faktorlara qarşı çox həssasdirlar.Saç follikullarının ətrafında bu maddələrin toplanması perifollikulyar iltihaba, follikulların ətrafında immun hüceyrələrinin toplanmasına səbəb olur ki, onlarin da saç follikullarinin hüceyrələrinə təsiri saç tökülməsinə və saçların inkişafının ləngiməsinə,və yaxud umumiyyətlə dayanmasına səbəb olur.
Posted on: Thu, 28 Nov 2013 12:51:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015