Bu gün çox qeyri-peşəkarcasına hər kəs beynəlxalq birliyin - TopicsExpress



          

Bu gün çox qeyri-peşəkarcasına hər kəs beynəlxalq birliyin üzərinə gedir. Bir fikri xüsusi vurğulayırlar ki, biz müstəqil dövlətik, heç kimdən asılı deyilik, heç kim bizə diktə edə, mövqeyini yeridə bilməz. Bu cür blef edərək çıxış etmək əslində nə diplomatik normalara, nə millət vəkili normalarına uyğundur. Hər kəs ölkədə də, kənarda da nəyin nə olduğunu çox gözəl bilir. Mənim konkret sualım var: əgər siz doğrudan da hesab edirsinizsə ki, heç kim sizə heç nə eləyə bilməz və heç kimdən də çəkinməyib müstəqil siyasət yürüdürsünüz, çox gözəl, deyirsiniz ki, Cənubi Qafqazın lider dövlətiyik, ordumuz hamıdan güclüdür, ordumuza ayırdığımız vəsait də filan qədərdir, buyurun, gedək torpaqlarımızı azad edək. Heç kimin bizə nə deyəcəyinə, “müharibə etməyin” çağırışlarına, Avropa Şurası qarşısında, Avropa Birliyinin Şərq Tərəfdaşlığı, yaxud Qonşuluq Siyasəti çərçivəsində götürdüyümüz öhdəlikləri, ATƏT-lə münasibətlərin hamısını qoyaq kənara, gedək müharibə edək, torpaqlarımızı alaq. Edə bilmirsənsə, sən bu məsələlərdə çəkinirsənsə, demək beynəlxalq birliklə hesablaşırsan. İkinci tərəfdən, Avropa Birliyi düz bir il bundan əvvəl Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd qəbul etmişdi. O zaman niyə Avropa Birliyinin mövqeyini ədalətli və bir az da irəli gedərək bunu iqtidarın uğurlu xarici siyasəti hesab edirdiniz? Elə isə niyə indi Avropa Parlamentinin 32 deputatı bəyanat verəndə bunu erməninin lobbiçilik fəaliyyəti ilə bağlayırsınız? Bu qədər qeyri-səmimi yanaşmalar daxili auditoriyaya daha çox hesablanıb, nəinki xarici auditoriyaya. Bəyanatın ruhuna diqqət etsəniz, orda parlamentdəki çıxışların ruhu yox idi, bir qədər diplomatik ruh var idi. Bunlar da təbiidir. Amma bəzən qeyri-peşəkarcasına bu tipli yanaşmalar nəticədə ölkənin imicinə zərbə vurur.
Posted on: Mon, 24 Jun 2013 08:10:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015