Dünya ədəbiyyatı dahilərindən: Vilyam Şekspir - - TopicsExpress



          

Dünya ədəbiyyatı dahilərindən: Vilyam Şekspir - Sonet Gözəllik hifz edir öz surətini, Gülüm, gözəlliklə həyat qoşadır. Solan çiçəklərin təravətini Qönçə çiçəklərin hüsnü yaşadır. Fəqət sən vurulub öz gül hüsnünə, Onu xərcləyirsən boş yerə, əbəs. Ən qəddar düşmənsən özün özünə, Varını yoxluqla edirsən əvəz. Bu gün dünyamızın zinəti sənsən, Bahar müjdəsisən, qönçəsən artıq. Özündə özünü dustaq edirsən, Nədir bu simiclik, bu israfçılıq? Rəhm elə dünyaya, gözəlliyi, gəl, Özünlə məzara aparma, gözəl. Baləli.
Posted on: Thu, 01 Aug 2013 04:59:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015