Elə çox sevdim ki, adını andığımda bütün dünyam - TopicsExpress



          

Elə çox sevdim ki, adını andığımda bütün dünyam rənglənər və göylər nur ələr ..Halbu ki, gedişinlə yerlə bir olub, bütün bəşər.Sənsizlik, məni yorar, ağladar, sızladar, ancaq olsun mən yenə də sevərəm səni Yəni, elə çox sevdim səni Doğrudur yoruldum, üzüldüm, yerlərdəyəm mən Amma olsun yenə də yolunu gözləyərəm, bezmədən, əksilmədən, əksiltmədən Həsrətin qorxu kimi, kabus kimi çökdü gecələrimə Amma, mən heç utanmadım səni sevməkdən Sənsizlikdə nələr çəkdim bilərsənmi ? Neçə gecə adın dilimi parçaladı, düşünürsənmi ? Düşünmə sevgilim, sən yorma özünü, mən üzülərəm sənin üçün Yəni, elə çox sevdim səni Bəzən oturub ağlayardım Günlərlə, saatlarla, sonra, oyanardım ağlayaraq Gözümdəki yaşı qurudana qədər, səhraları isladana qədər, daşları yumşaldana qədər Ancaq, anladım ki, ağlamaq dərdə dəva deyil Bilirəm gələcəksən SƏN və səni gülər üzlə qarşılayacağam mən Bir gün o gözlədiyim an gələcək və sənə qovuşacağam mən O, nur üzünü görəcəm Və o nuru görübdə yıxılmayım deyə, indidən məşq edirəm mən ..Hətta sən gəlməsən belə.. Nə hiss etdiyimi görməsən belə, adımı anmayıb da xoşbəxt olsan belə Hər necə olur olsun, mən yenə də, SƏNİ SEVƏRƏM Buna dəyərsən SƏN .... MAGA
Posted on: Tue, 15 Oct 2013 17:06:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015