Günün qoroskopu: 26.09.2013 Qoç - işlərdə ciddi - TopicsExpress



          

Günün qoroskopu: 26.09.2013 Qoç - işlərdə ciddi əngəllər və problemlər yaransa belə, nikbinliyi və ruh yüksəkliyini itirməyin. Hadisələr planlaşdırdığınız məcra üzrə inkişaf etməyə bilər. Önəmli layihə və ya işdə uğura bel bağlamayın. Kiçik işləri tezliklə çözə biləcəksiniz. Günün ilk yarısında öz işlərinizlə müqayisədə başqalarının işləri ilə daha çox məşğul olacaqsınız. Uzun zamandan həll edə bilmədiyiniz problemin həllini indi tapa bilərsiniz. Yaşananlara və baş verəcəyi ehtimal olunan məsələlərə bir qədər fərqli baxın. Günün ikinci yarısında sözlərinizdəki sərtlik və həqiqət bəzilərini incidə bilər. Amma fikirlərinizi bölüşdüyünüzə görə yaxınlarınız sizə minnətdar olacaqlar. Sevdiyiniz insanla münasibətlərdə müəyyən naqolaylıq yaratmış çoxdankı məsələni çözün. Buğa - bu gün əldə edə biləcəyiniz uğurlar o qədər də böyük deyil. Amma kiçik qələbələr əhvalınızı yaxşılaşdıracaq. Köç, kirayə evə yollanmaq, bu məkana uyğunlaşmaq üçün yaxşı gündür. Əks cins mənsubu üçün ünsiyyət pis alınmayacaq. Qəfil hədiyyə, xoş sürpriz istisna deyil. Planlaşdırılmamış səfər müsbət sonuclanacaq. Günün ikinci yarısı romantik təmaslar, sevdiyiniz insanla birgə istirahət üçün yaxşıdır. Yaxınlarınızı anlayın, onların istəklərini və niyyətlərini başa düşün, hərəkətlərinin əsl motivlərini dərk edin. İmiclə eksperimentlər etmək olar. Əkizlər - günün hadisələri çətin, qarışıqdır. Öz qüvvənizə inanın, nikbin olun. Gələcəyə inamla baxın və qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün ən effektiv saydığınız yolu seçin. Kimsədən yardım istəməyin, köməyə bel bağlamayın. Əvvəllər varlığını düşünmədiyiniz məziyyətləriniz üzə çıxır. Günün ikinci yarısında alış-veriş etmək olar. Maraqlarınızı bölüşən insanlarla ünsiyyət üçün yaxşı gündür. Çətin anda bir-birini dəstəkləyəcək həmfikirlər komandası yaratmağa çalışın. Ailə problemlərini səyləri vaxtında birləşdirməklə həll etmək mümkündür. Axşam saatlarında dəvət olunduğunuz yerə yollanın. Xərçəng - ehtiyatlı olun. Çətin, mənfi təmayüllərin çox güclü təsiri ilə fərqlənən gündür. Ciddi səhvlərə yol versəniz, onların fəsadlarını aradan qaldırmaq asan olmayacaq. İmpulsiv hərəkətlər etməyin, aqressiv davranmayın. İstmədiyiniz, arzulamadığınız işi görmək məcburiyyəti ilə qarşılaşa bilərsiniz. Optimal davranış modelini seçin, səbrli olun. Yaşlı qohumlarla mübahisəyə əsla yol verməyin. Günün maliyyə fonu uğurlu deyil. Günün ikinci yarısında planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə pul yatırmaqdan boyun qaçırın. Məişət texnikası sıradan çıxa bilər. Kulinar eksperimentlər arzuolunan deyil. Şir - yaxın ətrafınızdakı insanlarla münasibətləri səbatlı səviyyədə saxlamaq asan deyil. Düşünülməmiş addımlar atmayın, sərt sözlər deməyin. Sevdiyiniz insanla söhbətdə aqressiv olmayın, əsassız şübhələrə əsaslanaraq danışmayın. Münasibətlərdə harmoniya və qarşılıqlı anlaşmaya nail olun. Yaranan problemlər müvəqqətidir. Az sonra onları unudacaqsınız. Günün ikinci yarısında o qədər də maraqlı təsir bağışlamayan işlərlə məşğul olacaqsınız. Bu səbəbdən də diqqəti cəmləmək asan deyil. Sizə yardım edən, kiçik müşküllərin həllini öz üzərinə götürəcək insan tapılacaq. Axşam saatlarında insanların gur olduğu yerə yollanmayın. Qız - gün yaxşı başlanmayacaq. Kiçik problemlərə görə əhvalınızı pozmayın. Yaranan sədlər və formalaşan maneələr ilk baxışdan dəfolunmaz təsir bağışlasalar da, belə deyil. Yaxınlarınızla mübahisə etməyin. Neqativ emosiyaların təsiri altında sevdiyiniz insanların qəlbini qırmayın. Səbrli və təmkinli olun. Emosional fonu stabilləşdirin. Diqqətinizi işə yönəldin. Günün ikinci yarısı daha sakit, xoşdur. Maraqlı işə başlamaq, planlardan birini gerçəkləşdirmək imkanı yaranır. Yeni romantik təmasın əsası qoyula bilər. Tərəzi - günün ilk yarısı yetərincə məhsuldardır. Həyat potensialı səviyyəsi yüksəkdir. Enerjinizi gərəkli məcraya yönəldin. Belədə çox işlərin öhdəsindən gələcəksiniz. Planlar qurun, gələcəyi düşünün. İdeyalarınızı yaxın bildiyiniz insanlarla müzakirə edin. Romantik görüş istisna deyil. Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artır. Kiçik problemlər əhvalınızı poza bilər. Özünüzə inamı itirməyin, ruhdan düşməyin. Səhhətinizdə problemlər yarana bilər. Başağrısı riski var. Axşam saatlarında normal istirahət edin. Əqrəb - yeni, maraqlı biliklərin və təcrübənin əldə edilməsi üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın, maraqlı və dəyərli informasiya əldə edin. Əsas məsələni ikinci dərəcəli məqamlardan ayırın, diqqətinizi xırda işlərə yayındırmayın. Yeni ideyalar və perspektivlər peyda olur. Riskə hazır olun. Bilin ki, uğur məhz cəsurlara nəsib olur. Yardıma ehtiyac duyanlara kömək etməyi unutmayın. Sevdiyiniz insanla münasibətlərdəki kiçik anlaşılmazlıqları asanlıqla dəf edərək ailədəki soyuqluğa son qoymaq olar. Məişət qayğıları tezliklə həllini tapır. Alış-veriş yaxşı olacaq. Oxatan - günün ilk yarısında müşküllər və problemlər yaranacaq. Yaşananları ən bədbin şəkildə dəyərləndirməyin. Əslində hər şey o qədər də pis deyil. Çoxdan bəri təxirə saldığınız işləri xatırlayın. Həmin işləri bu gün başa vura bilərsiniz. Sevdiyiniz adamla münasibətləri gərməyin, mənasız mübahiəyə rəvac verməyin. Güzəştə getməyi bacarın, həssas və diqqətli olun. Günün ikinci yarısında işgüzar aktivliyi artırın. Maraqlı və faydalı işlə məşğul ola bilərsiniz. Əks cins mənsubu ilə fikir ayrılığı yaranarsa, durumu ciddi qarşıdurmaya çatdırmayın. Oğlaq - xoşagəlməz emosiyalar və problemlər vəd edən gündür. Əvvəlki planların bəzilərindən imtina etmək məcburiyyəti yaracaq. Uyğunsuz situasiyalara uyğunlaşmaq gərəkdir. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Özünüzü tənha, yalnız hiss etməyin. Diqqət kasadlığından əziyyət çəkə bilərsiniz. Ruhdan düşməyin, əhvalınızı yaxşılaşdırın. Hədəfə doğru inamla addımlayın. Günün ikinci yarısında yaranan bəzi problemlərə rəğmən mühüm və önəmli saydığınız işə başlayın. Hövsələsizlik və tələskənlik etməsəniz, seçdiyiniz yolla aramla və dürüst hərəkət etsəniz, məqsədə doğru əhəmiyyətli dərəcədə yaxınlaşa bilərsiniz. Romantik görüşlər üçün əlverişli zamandır. Dolça - ciddi yeniliklər və köklü dəyişikliklər vəd etməyən gündür. Nisbətən sakit keçən saatlar əvvəlcədən qurduğunuz planları və niyyətlərinizi reallaşdırmağa imkan verir. İndiyədək qayğılarınızla problemlərinizə tam laqeyd qalmış adamların yardımlarına bel bağlaya bilərsiniz. Alış-verişdə planlaşdırılmamış xərclər ola bilər. Günün ikinci yarısı daşınmaz əmlakla bağlı məsələlərin həlli üçün əlverişlidir. Köç, təmir, mebel alınmasına başlamaq olar. Şəxsi münasibətlər müstəvisində problemlər yarana bilər. Onların çözümü ilə tələsməyin. İşə başlamazdan əvvəl yaranmış situasiyanı dəqiq təhlil edin. Balıqlar - xoş hadisələr və əla ideyalar vəd edən uğurlu gündür. İşgüzar hissiyatınız güclüdür. Maliyyə vəsaitinizə məntiqlə sahiblik edin. Biznes və ya şəxsi işlərlə bağlı işgüzar təkliflərin alınması istisna deyil. Köklü dəyişikliklərdən qorxmayın. Onlar xeyrinizə olacaq. Səfər və səyahətlər üçün əlverişli gündür. Qətiyyətli, enerjili, aktiv olun. Belə olarsa, yaxşı əhvalınızı kimsə poza bilməz. Günün ikinci yarısı yeni tanışlıqlar və görüşlər vəd edir. Müstəqillikdən çəkinən, infantil insanlar sizə can atacaqlar. Onlarla ünsiyyət və təmaslar asan olmasa da, bu insanlara yardım edin.
Posted on: Wed, 25 Sep 2013 19:36:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015