Heç nəyi dəyişə bilmərəm bu ölkədə... Mən başqa - TopicsExpress



          

Heç nəyi dəyişə bilmərəm bu ölkədə... Mən başqa şəhərdə başqa ölkədə davam etmək istəyirəm qısa ömrümə... Bu şəhər və bu ölkənin nəyi pisdir? əslində heç nəyi... Mən ölkəmi də ,şəhərimi də sevirəm. Amma burda insanlar incidirlər bir-birini... Deyirlər ki, xarici ölkələrdə heç kimin bir-biriylə işi yoxdur. Deyib gülmək, mehribanlıq falan. Razıyam olmasın, amma incidən də olmasın... Hamı bir-birinin gizliniylə maraqlanıb hər kəsə yaymaqla məşğuldu. Gizlinləri aşkara çıxarmaq (insanların şəxsi həyatıyla bağlı) artıq hobbiyə çevrilib sanki. Çoxları yuxarı qalxmaqçün yanındakının ayağının altına quyu qazır,tapdalayır,geri salmağa çalışır. Mən niyə belə deyiləm, əgər ətraf mühitin təsiridirsə? Məqsəd hədəfə çatmaqdı? Mənim də hədəflərim var və çoxuna nail olmuşam. Mən hədəflərimçün heç kimi qurban seçməmişəm.Bu nədir belə? Məqsəd nədir? Bezmək məncə elə buna deyirlər və hər şeyə rəğmən, mən çox səbr edirəm. Ən azından bir gün həyatımda böyük ,xoş dəyişikliklər olması diləyi ilə...Həqiqətən bəzi özünü insan sayanlardan bezmişəm. Siz siz olun, heç kəsi bu həddə çatdırmayın, insan həyata soyuyur rəsmən. Amma mənim bir fərqim də, hələ ətrafımdakı insanlara müsbət,pozitiv təsir bağışlamağa çalışmağımdı. Bununla güc alıram həyatdan, onlar məni qurtum-qurtum məhv etsə də...
Posted on: Sun, 07 Jul 2013 06:46:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015