Kürsülərdə, efırdə, zəhərləyib havanı İndi meydan - TopicsExpress



          

Kürsülərdə, efırdə, zəhərləyib havanı İndi meydan sulayır neçə söz pəhləvanı. Qanadlı nitqləri basıb sözün alağı Hünərin var seç görüm kəhər atdan ulağı. Əlindən iş gəlməyən Söz ilə basıb-kəsən quru bəyə bənzərik. Oxuduğu sözlərin mənasını bilməyən Müğənniyə bənzərik. Fələyin çarxı döndü, Başqa donda göründü. Heç olmasa bir anlıq boylanmadıq çarxa da Bizim arxamızdakı bizi qoydu arxada. Qabağa tələsmədik. Qalxan kimi qorunduq, qılınc kimi kəsmədik Bilmədik, haqq yolundan biz nə zaman sapındıq. Tapınmadıq məsləkə, nəfsimizə tapındıq. (Bəxtiyar Vahabzadə)
Posted on: Sat, 02 Nov 2013 20:06:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015