MƏNİM OPTİMİST DOSTUM..... Salam əziz dostlarım! - TopicsExpress



          

MƏNİM OPTİMİST DOSTUM..... Salam əziz dostlarım! Sizə bu gün illərdən bəri müşahidə etdiyim və olmazınca optimist olan və həyata daim optimist baxışlarla baxan iş yoldaşım və yaxın bir dostumdan söhbət acmaq istəyirəm. Müəyyən səbəblər və onun məndən inciməməsi üçün bu hekayətimdə onu əsil adı ilə deyil, simvolik olaraq Kərim adı ilə adlandıracagam. Respublikamızın paytaxtı Bakı şəhərində yaşadıgım və hər gün şəxsi nəqliyyat vasitəmdən istifadə məcburiyyəti qarşısında qaldıgım müəyyən qaçılmaz səbəblər ucbatından paytaxtımızda sonu görünməyən yol təmiri işləri mənim "ag yollar" üçün nəzərdə tutulmuş alman əsilli sedan tipli avtomobilimi lap haldan salmışdı. Xüsusilə də təmir gedən yollarda və yagışlar yagan zaman avtomobilimin ya altı təmirli yollardakı daşlara dəyərərək məni ustalara müraciət etməyə, yagış zanmanı isə mühərriki qəfil rastlaşdıgım gölməcələrdə sönərək (xüsusilə Dərnəgül yolunda) yolda qoyurdu. Bu cətinliklərdən birdəfəlik can qurtarmaq məqsədi ilə bu sedan tipli avtomobilimi satıb cip avtomobili almaq qərarına gəldim və Tanrının köməyi ilə bunu həyata keçirdim. Nə başınızı agrıdım, indi belə promlemlər artıq məndən uzaqdır. Mənim bu "fədakarlıgımı" görən iş yoldaşım Kərim də bu "aksiyaya" qoşulmaq qərarına gəldi. Bir neçə gündən sonra mənə yaxınlaşıb dedi ki, - Nicat, mən də cip almışam...! Həqiqətən məni bu xəbər sevindirdi və o avtomobilini mənə göstərəndə bu sevincin tam əksini yaşadım. Avtomobilin köhnə Toyota RAV 4 (1995-ci il) olmasına baxmayaq özü də tam yararsız bir halda idi. Nəzərinizə çatdırım ki, Kərim həm gözəl və qaygıkeş insan, ailə başçısı, həm gözəl dost və ən nəhayəti çox savadlı və calışqan bir alim olması ilə yanaşı avtomobillər barəsində dünyagörüşü yox idi və onu bu sahədə asanlıqla aldatmaq olardı ki, necə də aldatmışdılar.... Buna baxmayaraq o maşınını tərifləyir və deyirdi: -Əşşşi, xırda deffektləri var. Bir az "matoru" səs eləyir, hərdən "probkalarda" qızdırmaq istəyir, radiatoru bir az cırılıb, şitini də dəyişmək lazımdır.... Lakin onun keyfini pozmamaq üçün dedim: - Kərim, gəl bunu uzaq da olsa Sumqaitdə yaxşı tanıdıgım Bakıda düzəldilməsi mümkün olmayan xarici avtomobilləri təmir edən 8 qardaş Pakistan əsilli Hindli ustalarıma göstərim. Vallahi professionaldırlar. Bizim ustaların günlərlə tapmadıgı deffektləri sanki əlləri ilə qoymuş kimi göstərir və tez, həm də ucuz təmir edirlər. Kərim soruşdu: -Avtomobilə diaqnoz qoymalarına nə alacaqlar? Mən: -Əgər təmir olunmayacaqsa pulsuzdur. Mən ölməmişəm ki... Gedək? Kərim: -Gedək də... Beləliklə biz Sumqaitə tərəf istiqamətləndik. Elə təzəcə Xırdalandakı ekologiya postunu kecmişdik ki, maşının qabagından buxar çıxmaga başladı. Kərim avtomobili saxlayaraq su qabını götürüb su axtarmaga getdi və müəyyən müddətdən sonra qayıdaraq suyu radiatora boşaltdı. Mən ona dedim: -Kərim, bunu neçəyə veriblər sənə? O dedi: -Mənim 09-zumu görmüşdün də (Kərimə o avtomobili də aldadaraq satmışdılar). Onu verdim, üstündə də 2000 dollar pul verdim. Amma o 09-dan qeyrətlidir və mənə rahatdır. Bilirsən, mən evdən işə gələnə gədər (7-ci mikrorayondan AMEA-ya) o 09 bəlkə üç-dörd dəfə xarab olur, onu özüm təmir etmək məcburiyyətində qalır və əllərim tam mazutlu surətdə işə gəlirdim. Buna isə yol boyu cəmi 2 dəfə su tökürəm və işə vaxtında çatıram. Mənim onun üzünə baxan təəssüflü baxışlarımı təəccüblə qarşılayaraq o dedi: -Niyə elə baxırsan, otur gedək də... Mən bir söz demədən avtomobilə əyləşdim və Ceyranbatan qəsəbəsini elə təzəcə kecmişdik ki, yenə buxar çıxmaga və radiatordan su avtomobilin ön şüşəsinə vurmaga başladı. Hava aydın və günəşli olmasına baxmayaraq biz şüşəsilənlərdən istifadə edir və "Alma almaya bənzər" filmindəki yük avtomobili kimi partıldaya-partıldaya Sumqaitə dogru irəliləyirdik. Bu zaman bizi sag və soldan ötən və bizə işarə ilə "Ay qaqaş, radiatorun buraxır, qaynadır ! " deyən digər xeyirxah sürücülərin sözlərini o mənə belə şərhləndirirdi: -Görürsən cip nə yaxşıdır... Biz hündürdə oturmuşuq, onlara baxanda aşagı əyilirirk. Высоко сижу, далеко глижу !!!! Helə deyil? Ləzzətdi eeee..... Bu sözdən sonra mühərrikdən içəri vuran dəm qazının təsiri altında hər ikimiz öskürməyə başladıq. Mən dedim: -Ay Kərim, indi yaydır, pəncərələr açıqdır. Bəs qışda nə edəcəksən? İçəri dəm qazı vurur eeee... Kərim dedi: -Necə ildir, elə bax bu il də qış mülayim keçib. Deyirlər bu qış da mülayim olacaq. O vaxta qədər düzəltdirərəm də… Beləliklə 4-5 dəfə saxlayıb radiatora su tökməklə biz mənzil başına çatdıq. Əslən Pakistanlı olan hindu ustalarım məni tanıdıqları üçün o dəqiqə maşına yaxınlaşdılar. Azərbaycan dilinə güclə danışan böyük qardaş Kərim dedi: -Alə, xodda görüm bunu. Mühərrik işləyən zaman Kərim hindli ustaya suallar verməyə başladı: -Azərbaycan həqiqətən də gözəldir. Deyilmi? Bura həmişəlik gəlmisiniz? Hidli usta isə cavab verdi: -Bilirsən, Pakistanda vəziyyət çox gərgindi. Axmaqlar gündə bir yeri partladırlar. Yaşamaq təhlükəlidir. Azərbaycan isə sakit və gözəldir. Onun üçün də mən burada ailə qurmuş və hamımız ömrümüzün axırına qədər burada qalacagıq. Kərim: -Maşını necə, bəyənirsən? Hindil usta: -Sənin neçə yaşın var? Kərim: -55. Necə bəyəm? Hindli usta: -Ay kişi, sən buna maşın deyirsən? Mən bunu təmir edərəm, özü də lap əlasından. Amma bu sənə 1000 yox, 2000 yox, 3000 yox, 5000 min manata başa gələcək. Amma 1995-ci ilin avtomobilinə bu qədər maya qoymaga dəyərmi? Bu maşın deyil, leşdir. Mən hələ ki, nə qədər bunun matoru “stuk” etməyib satmagı yox eeee, bunu rədd elə başından deyirəm !!! Kərim bu sözlərdən sonra fikirli-fikirli deyindi: -Gör necə aldatdılar məni? Mən isə ehtiza ilə: -Guya bu ilk dəfədir ? Sonra isə əllərimi onun çiyinlərinə vuraraq: -Narahat olma, kömək edərəm sənə. Apar bunu qaytaq aldıgın adama, o 09-u da sür oz qapına. 2000 dolları da geri al. Əgər işlənmiş avtomobil almaq istəyirsənsə, gedərik Rustaviyə, sənə layiqli avtomobil seçərəm. Özü də tranzit nömrə ilə. Bilirsən, zato biləcəksən ki, bu avtomobilin səndən qabaqkı sürücüsü alman və ya yapon olub. Onlar da avtomobilə səliqə ilə yanaşandırlar. Buradan, bizim millətdən maşın alma, lap içi qızıldan da olsa. Bizimkilər maşına baxan deyil, yalandan bəzəyib “soxuşdururlar”.... Nə isə, Kərim bu sözlərdən sonra yenə də 3-4 dəfə radiatora su tökməklə bizi Bakıya çatdırdı. Səhəri gün isə maşını aldıgı adamla görüşdükdə onun 2000 dollarının xərcləndiyini bildi, amma bu avtomobildən heç də qeri qalmayan 09 jiqulisini mənim təkidimlə öz həyətinə apardi. İndi isə cipi ona satanın məsləhəti ilə təmir edıb (artıq 500 manat xərcləyib) guya daha baha satıb Rustavidən əsil avtomobil almaq arzusu ilə yaşayır və bu hərəkətlərinə yenə də optimistcəsinə haqq qazandıraraq deyir: -Hər nədi. Jiqulidən ki, yaxşıdır....
Posted on: Fri, 13 Sep 2013 15:20:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015