Obamadan Dağlıq Qarabağla bağlı önəmli mesaj ABŞ - TopicsExpress



          

Obamadan Dağlıq Qarabağla bağlı önəmli mesaj ABŞ prezidenti: "Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib" Amerika Birləşmiş Ştatlar prezidentinin azərbaycanlı həmkarına ünvanladığı məktubda Bakıya ilk rəsmi səfəri münasibətilə Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə dəstəyini ifadə edib. "Onun bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir. Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcək. Barak Obama vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib". Məktubda belə deyilir. /ans press/
Posted on: Mon, 09 Sep 2013 18:32:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015