QARABAĞ PROBLEMİNİN HƏLLİ STRATEGİYASINI ARAŞDIRAQ. - TopicsExpress



          

QARABAĞ PROBLEMİNİN HƏLLİ STRATEGİYASINI ARAŞDIRAQ. Dövlətin burada strategiyası bundan ibarətdir: 1) Danışıqlar aparmaqla, 2) Hərbi - iqtisadi güclənməklə, 3) Ermənistanı neft -qaz borularından gəlir almaqdan məhrum etməklə, və ya razılığa gəlsələr onlara iqtisadi şanslar yaratmaqla, 4) Beynəlxalq aləmdə Azərbaycan haqda çox məlumatlar yaymaqla 5) Tərəfdaş dövlətlərin sayını artırmaqla 6) ABŞ və Nato ilə əməkdaşlıq edərək, o, Qarabağ məsələsini həll edəcəkdir. Yəni 7 rayonu qaytaracaqdır. Qarabağı isə muxtariyyat verməklə Azərbaycanın səlahiyyətində saxlayacaqdır deməklə. Mənim araşdırmalarıma görə, bu tədbirlərin heç biri problemi həll edə bilməz: 1. Dövlət Rusiyadan silah sarıdan artıq gücə malik ola bilməz. Lazımı miqdarda və növdə silahlar əldə edildiyi halda isə mənəvi gücün və ağıllı idarəetmə qabiliyyətinin artıqlığı ilə torpaqlar azad oluna bilər. Lakin mənəvi güc yoxdur - onu dövlət məhv etmişdir, Qarabağ və erməni vəhşilikləri gündəlik kef məclisləri, TV şouları, müğənni-faişələrin arasında olan dava-şavalar, böyük daxili problemlər, ədalətsizliklər fonunda unudulur. Xalq səsin çıxartmağa özündə güc hiss etmir. 2. Sadə məsələləri həll edə bilməyən, daim xalqa problem yaradan dövlət idarəetməsi bu işə qabil deyil. 3. Əgər Azərbaycan Rusiya ilə sərhəddə olmasaydı, O, NATO - ya daxil olardı və bu problemin həlli var idi. Əgər əvvəllər 80- cı illərin sonu 90 –cı illərin əvvəli ruslar lazımı düzgün strategiya qurmamışdılarsa, hamıya uzaqlaşmağa səbəb verirdilərsə, indi səhvlərini anlamış, keçmiş ittifaq ölkələri ilə birləşmə, əməkdaşlıq strategiyası qurmuşlar. Hazırda və gələcəkdə Rusiya möhkəm olacaq və güclənməyə davam edəcək və dağılmaq ehtimalı yoxdur. Buradan isə belə bir nəticə çıxır ki, Rusiyanın dağılmasını və yaxud zəifləməsini gözləmək boş xülyadan başqa bir şey deyil.
Posted on: Tue, 30 Jul 2013 13:27:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015