Qarabağ Avropada öz qapısından ən az top buraxan klublar - TopicsExpress



          

Qarabağ Avropada öz qapısından ən az top buraxan klublar arasında yeddinci yeri tutur. Korner.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası keçirdiyi son 10 oyunda qapısından cəmi 4 top buraxıb. Bu da orta hesabla 0,36 top deməkdi. Siyahının birincisi isə İtaliya Romasıdı. Seriya A nəhəngi 9 matçda cəmi 1 dəfə qapısında top görüb. Siyahının ikincisi isə İsrailin Makkabisidir (Təl- Əviv). 7 matça 1 top (0,14), üçüncüsü olan Lusitanos (Andorra) isə 5 oyuna 1 top (0,20) buraxıb. Avropa nəhənglərindən “Bavariya” 10 oyuna 6 qol buraxaraq 20-ci, “Barselona” 10 oyuna 7 qol buraxıb və 37-ci yerdədi. Real, Arsenal, Çelsi kimi komandalar siyahıda yer almayıb.
Posted on: Wed, 30 Oct 2013 21:01:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015