Real Madrid — FİFA tərəfindən XX əsrin ən güclü klubu - TopicsExpress



          

Real Madrid — FİFA tərəfindən XX əsrin ən güclü klubu elan edilmiş İspaniyanın futbol klubu. Mündəricat [gizlə] 1 Tarixi 2 Uğurları 3 Barselona ilə rəqabət 4 Son dövrlər 5 Çempionluqlar 6 Digər qələbələri 7 Basketbol Şöbəsi 8 İstinadlar 9 Xarici keçidlər Tarixi[redaktə] 1905-ci il Madridin Real klubu 1902-ci ildə qurulmuşdur. 1928-ci ildə qurulan İspaniya liqasında heç vaxt aşağı liqaya düşməmişdir. Orijinal adı Sociedad Madrid Foot Ball Club olmuş, ancaq Kral XIII Alfonso tərəfindən verilən ad nəticəsində adın əvvəlində Real (kralla əlaqəli) sözü artırılmışdır. Geydikləri ağ formalara görə Los Merengues (ağlar) ləqəbi ilə də tanınmışlar. Stadionları Santiaqo Bernabeu 1947-ci ildə açılmışdır.Bu stadion komandanın ilk prezidentinin adına qoyulmuşdur. Uğurları[redaktə] Real Madrid nəinki İspaniyada həm də bütün Avropada ən güclü klublardan biridir. Həm La Liga-da həm də Uefa Çempionlar Liqasında ən çox kubok qazanmış klub Real Madriddi. Kral Klubu 31 dəfə İspaniya çempionu, 9 dəfə Uefa Çempionlar Liqasının qalibi olmuşdur. Avropa Çempion Klublar Kubokunun qurulmasında ilk addım atan komanda oldu və bu kubokun qurulması ilə birlikdə 5 sezon dalbadal bu kuboku alaraq bir daha əldə edilməsi imkansız olan rekorda sahib oldular. Dünyda heç kim inanmaz ki, bir daha hansısa klub ardıcıl olaraq 5 dəfə Çempionlar Liqası kubokuna sahib olsun. O zaman Real Madrid Alfredo di Stefano, Gento və Ferenc Puskas kimi dahi futbolçuların oynadığı əfsanəvi heyətə malik olmuşdur. İspaniya Liqası kimi çətin bir liqada 32 dəfə çempionluq əldə etməklə statistik olaraq keçirilmiş hər 2 sezonda 1 dəfə çempion olmuşdur. Real Madrid tarixi ərzidnə Heç vaxt La Liganı tərk etməmişdir. Barselona ilə rəqabət[redaktə] Real Madrid ilə "Barselona" arasındakı rəqabət bütün dünyada izlənilir. Bu rəqabət diktator Francisco Franco dövründə "Barselona" tərəfdarlarının Real Madridi Kralın komandası olmaqda günahlandırmaqla başlamışdır. İspaniya hökumətinə yaxın Real Madrid ilə Katalan Barcelona tərəfdarları arasındakı bu rəqabət, iki komanda arasındakı oyunlardan futbolçu transferinə qədər hər yerdə gedir. Ümumiyyətlə bu iki klub arasında gedən qarşıdurma ispan və katalon xalqının arasında gedən müharibə kimi qələmə verilir. Real Madrid bu müharibədə əzəli rəqibindən üstündü. Statistikaya əsasən tam əminliklə demək olarkı bu amansız mübarizədə Kral Klubu öz əzəli rəqibindən üstün olub. Real Madrid bü üstünlüyü indiki dövrə qədər qoruya bilib. Bu üstünlüyü qorumaq nə hər bir Real Madrid forması geyinən oyunçunun borcudur. Real Madridin "Barselona" ilə qarşıdurması həmişə katalon mətbuatı tərəfindən tənqid atəşinə tutulub. Onların fikrincə Real Madrid əksər oyunlarda qeyri-qanuni yollarla qələbə qazanıb. Amma Madrid mətbuatının da öz həmkarlarına əla cavab vermək imkanı var. Çünki çətin ki, Avropada 9 dəfə Çempionlar Liqasını qazanmış bir klub İspaniyada öz rəqibləri ilə bacarmasın. Kral Klubu ən şərəfli tarixə malik olan Avropa əjdahasıdır. Hər il dünyada 150-dən çox telekanal Real Madrid-Barselona oyununu canlandırır. Bu oyuna dünyanın bütün qitələrində baxılır. Bu iki klub arasında gedən rəqabət futbol deyilən böyük idman növünün məhv olmasına qədər davam edəcək və həmişə amansızlıq, düşmənçilik prinsiplərində keçiriləcək. Son dövrlər[redaktə] Santyaqo Bernabeu stadionu 2000-ci ildən sonra Real Madrid dünyadakı bütün tanınmış futbol ulduzlarını çox yüksək qiymətlə transfer edərək Qalaktikos ləqəbi almışdır. Əvvəllər olduğu kimi Raul Gonzalez, Fernando Hierro öz kaynaklarından yıldızlarını yetiştirme bacarığı hələ də davam edərkən bu oyunçular əvvəlki sezonda ən çox ulduzu parıldayan oyunçuların hansı şərtlər altında olursa olsun takviye edilməsi də klassik vəziyyətə gəldi. Roberto Karlos, Davor Suker, Clarence Seedorf və Steve McManaman ilə başlayan bu transferlər seriyası FC Barcelonadan Luis Figonun astronomik qiymətə alınmasıyla davam etmişdir. Bundan sonra hər il bir ya da iki üst sıra ulduz transferi, Zinədin Zidan, Ronaldo, David Beckham, Michael Owen və Robinho kimi adlarla davam etməkdədir. Son dəfə 2006-2007 için ulduzlar transfer olunmuşdur. Frank Ribery, Fabio Cannavaro, Cristiano Ronaldo, Cesc Fabregas kimi 2006 Dünya kubokunda uğurlu oyunlar alınarkən ulduzlar üçün astronomik qiymətlər təklif edilir.Real Madridin son transferi Xorvatiyalı Luka Modriçdir.O, Real Madridə 30 min funtsterlinqə transfer olunmuşdur Çempionluqlar[redaktə] UEFA Çempionlar Liqası/Avrupa Şampiyonluğu: 9 1955/56 4-3 vs. Stade de Reims-Champagne 1956/57 2-0 vs. A.C. Fiorentina 1957/58 3-2 vs. A.C. Milan 1958/59 2-0 vs. Stade de Reims-Champagne 1959/60 7-3 vs. Ayntraxt Frankfurt 1965/66 2-1 vs. Partizan Belgrade 1997/98 1-0 vs. Yuventus 1999/00 3-0 vs. Valencia 2001/02 2-1 vs. Bayer Leverkusen Avropa Super Kuboku: 1 2002. Qitələrarası Kubok: 3 1960; 1998; 2002. UEFA Kuboku: 2 1984/85; 1985/86. İspaniya Liqası (La Liqa) Çempionluğu: 32 1931/32; 1932/33; 1953/54; 1954/55; 1956/57; 1957/58; 1960/61; 1961/62; 1962/63; 1963/64; 1964/65; 1966/67; 1967/68; 1968/69; 1971/72; 1974/75; 1975/76; 1977/78; 1978/79; 1979/80; 1985/86; 1986/87; 1987/88; 1988/89; 1989/90; 1994/95; 1996/97; 2000/01; 2002/03; 2006/07; 2007/08.2012 İspaniya Kral Kuboku: 18 1904/05; 1905/06; 1906/07; 1907/08; 1916/17; 1933/34; 1935/36; 1945/46; 1946/47; 1961/62; 1969/70; 1973/74; 1974/75; 1979/80; 1981/82; 1988/89; 1992/93; 2010/11. İspaniya Super Kuboku: 7 1988; 1989; 1990; 1993; 1997; 2001; 2003. Regional Çempionluqlar: 18 1903/04; 1904/05; 1905/06; 1906/07; 1907/08; 1912/13; 1915/16; 1916/17; 1917/18; 1919/20; 1921/22; 1922/23; 1923/24; 1925/26; 1926/27; 1928/29; 1929/30; 1930/31. İspaniya Liqası Kuboku: 1 1984/85. Latın Kuboku: 1 1955/56.
Posted on: Tue, 30 Jul 2013 12:19:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015