Rüstəm İbrahimbəyovun 2 illik prezidentlik müddətində - TopicsExpress



          

Rüstəm İbrahimbəyovun 2 illik prezidentlik müddətində həyata keçirəcəyi islahatlardan bir hissəsi: - Milli Məclis buraxılır və xalqı təmsil edən yeni parlament seçilir. (Ölkədə Parlament Respublikası yəni Cümhuriyyət qurulur) - İcra hakimiyyətlərinin səlahiyyətlərinin əsas hissəsi azad seçki yolu ilə seçilən bələdiyyələrə verilir. - Bütün siyasi partiya və təşkilatlar üçün bərabər mübarizə şəraiti yaradılır. - Bütün nazirlik və hökümətin əasas vəzifələri, savadlı, geniş dünya görüşlü, və ən əsası xalqın mənafeyini hər şeydən üstün tutan gənc kadırlara verilir. (Vicdanla çalışan orta məmur təbəqəsi öz postlarında qalır). - Ölkənin bütün sahələrində KÖKLÜ ilsahatlar aparılır. Rüşvətə tam bulaşmış nazirlik və idarələr bütün ləgv edilir (məsələn Kömrük komitəsi Vergilər Nazirliyinin tərkbində bir idarə kimi) və ya ciddi structur dəyişikli aparılır. Yerdə qalan idarələrdə isə rüşvətə bulaşmış kadırlar yeniləri ilə əvəzlənir. - Və ən asası insanların ləyaqəti özlərinə qaytarılır. Heç kimin başqasının haqqı tapdalamağına icazə verilmir. Vəzifəsindən və pulundan asılı olmayaraq hər bir vətandaşın bərabər hüquqları təmin edilir. - 2015-ci ildə yeni prezident seçkiləri keçirilir. Xalqın seçdiyi yeni prezident hakimiyyətə gəlir. Rüstəm bəy siyasəti tərk edir və öz yaradıcılıq işləri ilə məşğul olur. (Bəyən və Paylaş)
Posted on: Mon, 08 Jul 2013 18:03:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015