ZALIM ŞAHIN NAĞILI Biri varmış,biri yox Bir zalım şah var - TopicsExpress



          

ZALIM ŞAHIN NAĞILI Biri varmış,biri yox Bir zalım şah var imiş, Zülmü ərşə çıxarmış Yer bu zülmə dar imiş. Baş üstə baş yığarmış Baş kəsməkmiş peşəsi, Qandan sel yaradarmış Qan tökməkmiş nəşəsi. Deyirlər ki,önündə Baş əyərmiş çinarlar, Ikiqat əyilərmiş, Təzim edərmiş dağlar. Burda təlaş içində Yaşayarmış insanlar, Fərəhdən uzaq olub Yasdan baş açmazmışlar. Bir gün taxtda oturub Şah xitab etdi:-Vəzir! Vəzir təzim edərək Durdu əmrə müntəzir. -Söylə,taxti-tacımda Varmı məndən güclü kəs? Ölkə itaətimdə Əmrimdən çıxa bilməz! Insanların beynini Beşikdən ram etmişəm, Haqq-nahaq qan tökərək İstəyimə yetmişəm. Zordadır hökmranlıq Zülmdədir qüdrətim, Sandım:bu yolla artar Məmləkətdə hörmətim... Lakin içimdə mənim Yetmədiyim istək var, Gecə-gündüz sarsıdır Məni nakam arzular... Vəzir şahı dinləyib Fikrə getdi dərindən, Yüz ölçüb bir biçərək Sözə başladı birdən : Dedi:-Böyük hökmdar! Gücün,qüvvətin hədsiz, Məmləkət itaətdə, Hökmün qanundur,şəksiz. Qüvvənə tay qüvvə yox, Gücün bəlli cahana, Qüdrətinin şöhrəti Yayılmışdır hər yana. Söylə,şahim,qəlbini Nədir,incidən sıxan? O hansı arzudur ki, Ondan nakam qalmısan? Şah susdu xeyli müddət Söz çıxmadı dilindən, Dalğın-dalğın baxaraq Bir ah çəkdi dərindən. Dedi:-Vəzir!Diqqət et! Saçlarıma düşür dən, Yaşım üstə yaş gəlir. Taqətdən düşür bədən. Bir gün yetişər zaman Qocalıq qapın döyər, Ömür də vəfa etməz Fələk belimi əyər. Taxti-tacım boş qalar Varisim yox,sonsuzam, Əldən gedər məmləkət, Pozular qayda-nizam. Qəlbimi sıxan,didən Bir səbəb də var fəqət, Itaətdə olsa da, Sevmir məni rəiyyət. Qılıncımın gücüylə Zəfərlər qazanmışam, Ölkələr dağıtmağı Bir əyləncə sanmışam. Şahlara diz çökdürüb Toplamışam var-dövlət, Vuruşlarda bərkiyib, Qazanmışam şan-şöhrət. Fəqət,görürəm hər şey Nisbidir bu dünyada, Hər nə qazanmışamsa Bir gün gedəcək bada. Rəiyyətin gözündə Yox mənə layiq hörmət, Insanların qəlbini Fəth etmək istərəm,fəth!!! Xalqın məhəbbətini Qazanmaqdıt istəyim, Odur ki,bir tədbir tök Məsləhət ver,neyləyim? Vəzir naçar qalaraq Fikrə getdi,neyləsin? Məsləhət vermək çətin Nə desin,nə söyləsin? Xalqın məhəbbətini Qazanmaq deyil asan, Gərək xalqın yolunda Can qoyasan,yanasan. Gərək bütün ömrünü Ona edəsən fəda, Xalqçün yaşamalısan Bircə günün qalsa da. Vəzir düşünüb dedi: Mən verərəm məsləhət, Ancaq mənə vaxt gərək Üç gün,üç gecə möhlət... Vəzir şahdan ayrılıb Saraydan evə gəldi, Təkliklə düşünməkçin Otağına çəkildi. Var-gəl etdi o axşam Otaqda küncdən-küncə, Məsələ həm çox müşkül, Həm də incədən-incə. Nə qədər ölçüb-biçdi Hasil olmadı bir şey, Hey götür-qoy elədi Düşünüb-daşındı hey. Axşam döndü səhərə Vəzir yatmadı bir an, Çıxış yolun tapmaqçün Vurnuxurdu bu insan. Vəzir burda- sarayda Ağartmışdı saçını, Çox gizli mətləblərin Sındırmışdı qıçını. Müdrik məsləhətçi tək Tanınmışdı sarayda, Ölkəyə,taxti-taca Vermişdi xeyli fayda. Fəqət indi,ilk dəfə Vəzir qalmış biçarə, Şaha məsləhət üçün Tapmamışdı bir çarə. Beləcə keçdi üç gün Və üç yuxusuz gecə, Möhlət tamama yetdi Tapılmadı nəticə. Səhər günəş çıxmamış Dan yeri qızaranda, Vəzir evdən çıxarkən Bir ah çəkdi eyvanda. Vəzir bilirdi:bu gün Qane etməsə şahı, Cəzadan can qurtarmaz Bağışlanmaz günahı. Vəzir həyətə düşüb Bağı xeyli dolandı, Bağdan çıxarkən ona Yaxınlaşdı arvadı. Vəziri dalğın görüb Səbəbini soruşdu, Vəzir bütün olayı Xanımına danışdı. Vəziri çox diqqətlə Dinləyib dedi qadın: -Məsələ qəliz deyil, Həm sadədir,həm aydın. Ən müşkül məsələnin Çox sadə həlli olur, Açılmaz sirlər gec-tez Hamıya bəlli olur. Heç ümidsiz olma sən Bel bağla allahına, Deyəcəyim sözləri Çatdırarsan şahına... Qadın çıxış yolunu Vəzirə dedi bir-bir, Başa saldı,anlatdı Çarə,əlac nədədir. Vəzirin üz-gözünün Açıldı qırışığı, Aldığı məsləhətdəm Yandı ümid işığı. Arvadının ağlına Şübhəsi yox zərrəcə, Belə çətin bir işi Həll etdi çox sadəcə. Vəzir öz arvadından Alan tək məsləhəti, Tez saraya yollandı Məramı,fikri qəti. Saraya gəlib vəzir Özün şaha yetirdi, Özüylə həm məsləhət, Həm xoş niyyət gətirdi. Dedi:Şahim,tapmışam Arzularına əlac, Indi seçim belədir: Ya məhəbbət,ya da...tac! Xalqın məhəbbətini Qazanmaqçün gərək sən, Xalqın ürəyinə Gedən yolla gedəsən. Xalqın ürəyinə yol Xalqın içindən keçir, Xalqın gözü tərəzi Hər şeyi dəqiq seçir. Çox zülümlər görüb xalq, Zülmün bəhəri-nifrət, Xalqa həyan ol,şahim Qalib gəlsin məhəbbət. Əlçatmaz bir zirvədir Xalqın saf məhəbbəti, Yalnız xalqçün yananın, Baş tutar bu niyyəti. Məsləhətim budur ki, Dəyişib libasını, Xalq içinə gedərək Qurasan təmasını. Dərviş qiyafəsində El-obanı gəzəsən, Yaxşı-yamanı görüb Vəziyyəti biləsən. Tacı sarayda qoyub Xalq içində olasan, Insanlara əl tutub Rifaha yol açasan. Bəlkə bu minvalla xalq Sənə bəsləyə rəğbət, Tapasan ürəklərdə Az da olsa...məhəbbət... Şah vəziri dinləyib Bəyəndi məsləhəti, Arzusuna çatmaqçün Düz saydı bu hikməti... BAQQALIN HİKMƏTİ Ertəsi gün lap erkən Qaranlıq çəkilməmiş, Saraydan çıxan yolda Göründü iki dərviş. Çiyinlərdə xurcun Geyib uzun əbanı, Şahla vəzir birlikdə Gəzdilər el-obanı Bir evdən su istəyib Çaya oldular qonaq, Bir həyətdə oturub Eldən aldılar soraq. Biri dərdin danışdı, Biri həyatdan bezar, Biri qəmli,kədərli, Biri çarəsiz,naçar. Beləcə gəzə-gəzə Axşam düşəndə onlar, Bazara yaxınlaşıb Dükanlara baxdılar. Qaranlıq düşdüyündən Bağlanırdı dükanlar, Alan evə tələsir, Malın yığır satanlar. Bir baqqal öz dükanın Bağlayıb,deyinirdi: -Bu gün də mən beləcə Ziyan etdim...-deyirdi. Şah eşidib bu sözü Diqqət verdi baqqala Bu əsalı qocaya, Ağ saçlı ağsaqqala. Dərvişlər dinmədilər Sükut çökdü araya, Gecə,ay işığında Qayıtdılar saraya. Səhər taxta çıxıb şah Fərman verdi çapara, Dedi:dayanmadan sən Sür atını bazara. Bu gün bütün dükanlar Bağlansın axşamadək, Yalnız qoca baqqalın Dükanı işləsin tək! Yenə bu iki dərviş Axşam şər qarışanda, Dükana yanaşdılar Baqqal bağlayan anda Yenə baqqal dükanı Bağlayıb deyinirdi: -Bu gün də mən beləcə Ziyan etdim-deyirdi. Dükana baxdı onlar: Boş rəflər və tarazı, Bütün malı satsa da Baqqal nədən narazı?!... Yenə susdu dərvişlər, Sükut çökdü araya, Yenə ay işığında Yol aldılar saraya. Səhər taxta çıxıb şah Fərman verdi çapara, Dedi:dayanmadan sən Sür atını bazara. Qoca baqqal təcili Saraya gətrilməli, Bu gün bəlli olmalı Naşükürün əməli. Şah qəzəbdən coşurdu, Səbri tükənmiş xeyli, O anlaya bilmirdi Baqqal nədən gileyli? Çox keçmədi baqqalı Saraya gətirdilər, Şaha cavab verməkçün Hüzura yetirdilər. Şah taxtda oturaraq Qeyzlə baxdı baqqala, Bu qocaman tacirə Naşükür ağsaqqala. Dedi:qoca,cavab ver, Nədən narazısan sən, Bütün malı satsansa da Ziyandan gileylisən? Sənə yaxşılıq edib Bağlatdırdım bazarı, Təkcə sən alver etdin Razılıq etsən barı. Agah et məni,qoca, Bu nə ziyan,bu nə sirr? Anlamıram səni mən, Tez ol!Aydınlıq gətir! Qoca bir şaha baxdı Bir vəzirə,vəkilə, Sonra başladı sözə, Başladı gülə-gülə. Dedi:“Böyük hökmdar, Ziyandayam, ziyanda, Mən malımı satsam da, Malımı satmasam da. Bir də ki, bu ziyanda Şahim,tək mən deyiləm, Sən də ziyan edirsən Hər gün,qibleyi aləm” Şah qocanı dinləyib Bu cavaba mat qaldı, Qocanın dedikləri Onu şübhəyə saldı. Dedi:-“hansı ziyandan Edilə bilər söhbət, Xəzinəm aşıb-daşır: Ləl-cəvahirat,sərvət... Şahlardan bac alıram Xeyirdir hər gün,hər an, Mən hara,ziyan hara, Nə sərsəm danışırsan?” Qoca bir şaha baxdı Bir vəzirə,vəkilə Sonra başladı sözə, Başladı gülə-gülə: Dedi:-“Böyük hökmdar! Səbr elə,məni dinlə, Mənim dediyim ziyan Ölçülmür sərvət ilə. Hər insana Yaradan Bəxş etmiş min-bir nemət, Həm sima gözəlliyi, Həm ağıl,həm də qüvvət. Bu nemətlərin başı Şahim,ömür payıdır, Insanın həyat dövrü, İli,günü,ayıdır. Yaranan gündən,fəqət, Qocalırıq anbaan Ömür buz tək əriyir Yox olur,ölür insan. Hər anımız bir itki, Hər günümüz bir ziyan, Heçdən var olanları Udur,həzm edir zaman. Qızıl,gümüş,xəzinə, Coşub-daşan ehtiras Insan üçün əyləncə Tale oyunu,miras. Mənim dediyim ziyan Budur,böyük hökmdar, Bu yazını pozanmı, Ya da dəyişənmi var? Susdu nəhayət qoca Divan yetişdi sona, Azad edildi baqqal Xətər dəymədi ona. Dinib danışmadı şah O anladı baqqalı, Dərdinə dərd qaladı, Qocanın son sualı: “Bu yazını pozanmı Ya da dəyişənmi var? Ya da dəyişənmi var? Ya da dəyişənmi var?”
Posted on: Sat, 14 Sep 2013 11:07:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015