İmmunitetin normal səviyyədə saxlanılması üçün bir çox - TopicsExpress



          

İmmunitetin normal səviyyədə saxlanılması üçün bir çox mikroelementlər tələb olunur: kalium, mis, maqnezium, sink, yod, dəmir, kalsium, selen, germanium. Kalium - cəfərinin, kartofun, pomidorun, kələmin, ərik qurusunun, üzümün, qara gavalı qurusunun, xiyarın, greypfrutun, turpun, paxlalı bitkilərin tərkibində olur. Maqnezium - cücərdilmiş buğdanın, cəfərinin, gavalının, balqabağın, kartofun, nanənin, qaraciyərin, qozun tərkibində insan orqanizmi üçün tələb olunan miqdarda olur. Mis - südün, cücərdilmiş buğdanın, cəfərinin, göbələklərin, qoz və findığın tərkibində olur. Sink qida maddələrinin tərkibində çox təsadüf edilmir. Onun əsas mənbələri üyüdülmüş buğda qalıqları, günəbaxan tumu, cücərdilmiş buğda hesab olunur. Yod elementi endokrin və immun sistemin normal fəaliyyəti üçün vacibdir. Uşaq və yeniyetmələrə böyuklərə nisbətən daha çox yod tələb olunur. Buna görə də uşaqların qidalarina çuğundur, tünd rəngli bütün meyvələr, okean balıqları və onların qaraciyəri, dəniz kələmi, soğan, göbələk, yaşıl noxud, ağ və qırmızı turp, pomidor, yemiş, xurma kimi müxtəlif meyvə və tərəvəzlər də daxil edilməlidir. Vaxtaşırı olaraq həkim təyinatı üzrə uşaqlara yod preparatları (xüsusən onun çatışmazlığı qeyd olunan bölgələrdə) vermək məsləhət görülür. Dəmirin miqdarı ət, qaraciyər, alma və xurmanın təkibində daha çox olur. Kalsium orqanizmə daha çox süd məhsulları ilə daxil olur (xama, qatıq, qaymaq, asidofilin). Germanium və selen elementləri dəniz məhsullarının, böyrəklərin, qaraciyərin, cücərdilmiş buğdanın tərkibində olur.
Posted on: Sat, 21 Sep 2013 08:42:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015