Qarabağı Avropa Liqasının pley-off mərhələsində - TopicsExpress



          

Qarabağı Avropa Liqasının pley-off mərhələsində gözləyən nəhənglər Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi “Qarabağ” üçüncü təsnifat mərhələsindəki rəqibi ilə oyunlara hazırlaşmaqdadı. ilk mərhələdə Makedoniya “Metallurg”unu (hər iki oyunda 1:0), ardından Polşa “Piast”ını (2:1, 2:2) mübarizədən kənarlaşdıran təmsilçimiz indi də pley-offa vəsiqə qazanmaq iddiasındadı. Bəs görəsən Ağdam klubu üçüncü təsnifat mərhələsindən də qalib ayrılsa, komandamızı hansı aqibət gözləyir? Daha doğrusu, pley-off təsnifat mərhələsinin püşkatması zamanı “Qarabağ” hansı səbətdə yer alacaq, hansı klublarla qarşılaşmalı olacaq? Şübhəsiz ki, Avroliqada hər növbəti mərhələ daha güclü rəqiblərlə qarşılaşmaq məcburiyyəti yaradır. Bu mənada Ağdam klubu da üçüncü təsnifat mərhələsində İsveç “Gefle”sini mübarizədən kənarlaşdırsa, pley-offda çox güclü komandalarla qarşılaşmalı olacaq. Çünki həm “Qarabağ”, həm də “Gefle”nin UEFA reytinqi o qədər də yüksək olmadığından, mərhələ adlayan pley-off mərhələsində çıxış edəcək klubların səbət bölgüsü zamanı zəiflərin sırasında yer alacaq. Səpələnməmişlər səbətində qərarlaşmaq isə səpələnmişlərin arasındakı daha güclü komandalardan birinə rəqib olmaq anlamına gəlir. Qeyd edək ki, “Qarabağ”ın potensial rəqiblərindən doqquzu artıq məlumdu. Bunlar “Tottenham”, “Dinamo” (Kiyev), “Braga”, “Fiorentina”, “Spartak” (Moskva), “AZ Alkmaar”, “Beşiktaş”, “Genk” və “Dnepr”di. Mübarizəyə birbaşa pley-off mərhələsindən başlayacaq bu 9 klubla yanaşı, daha 4 komanda var ki, onların hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib. Daha 5 klubun isə səpələnməmişlər səbətində yer alacağı dəqiqdi və “Qarabağ” mərhələ keçsə, həmin klublarla qarşılaşmayacaq. Səpələnmişlər: Tottenham (İngiltərə), Dinamo (Kiyev, Ukrayna), Braga (Portuqaliya), Fiorentina (İtaliya), Spartak (Moskva, Rusiya), AZ Alkmaar (Hollandiya), Beşiktaş (Türkiyə), Genk (Belçika), Dnepr (Ukrayna). Səpələnməmişlər: Betis (İspaniya), Apollon Limassol (Kipr), St. Gallen (İsveçrə), Esbjerg (Danimarka), Pasching (Avstriya). Səbəti hələlik dəqiqləşməyənlər: Eintracht (Almaniya), Feyenoord (Hollandiya), Nice (Fransa), Atromitos (Yunanıstan). Maraq üçün qeyd edək ki, pley-off mərhələsində bütövlükdə 62 klub iştirak edəcək. Onlardan yuxarıda adları çəkilən 18-i mübarizəyə birbaşa bu mərhələdən mübarizəyə qoşulacaq komandalardı. 29 iştirakçı Avroliqanın üçüncü təsnifat mərhələsinin qalibləri olacaq. Qalan 15 iştirakçı isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlub olan kollektivlər olacaq. Avroliqanın üçüncü təsnifat mərhələsində mübarizə aparacaq klublar: Qarabağ (Azərbaycan) - Gefle (İsveç) Ventspils (Latviya) - Maccabi (Hayfa, İsrail) Tromse (Norveç) - Differdange (Lüksemburq) Kukesi (Albaniya) – Metallurg (Donetsk, Ukrayna) Chernomorets (Ukrayna) – Crvena Zvezda (Serbiya) Swansea (İngiltərə) – Malmö (İsveç) Sevilla (İspaniya) – Mladost (Monteneqro) Saint-Etienne (Fransa) – Milsami (Moldova) Şiroki Brijeg (Bosniya və Hersoqovina) – Udinese (İtaliya) Petrolul (Rumıniya) – Vitesse (Nollandiya) Hajduk (Xorvatiya) – Dila (Gürcüstan) Jablonec (Çexiya) – Stromsgodset (Norveç) Slovan (Çexiya) – Zürich (İsveçrə) Dinamo (Belarus) – Trabzonspor (Türkiyə) Aktobe (Qazaxıstan) – Breidablik (İslandiya) Panduri (Rumıniya) – Hapoel (Təl-Əviv, İsrail) Rijeka (Xorvatiya) – Zilina (Slovakiya) Slask (Polşa) – Brugge (Belçika) Randers (Danimarka) – Rubin (Rusiya) Asteras (Yunanıstan) – Rapid (Avstriya) Trencin (Slovakiya) – Astra (Rumıniya) Zalgiris (Litva) –Lech (Polşa) Mothervell (Şotlandiya) – Kuban (Rusiya) Botev (Bolqarıstan) – Stuttgart (Almaniya) Estoril (Portuqaliya) – Hapoel (Ramat Qan, İsrail) Vojvodina (Serbiya) – Bursaspor (Türkiyə) Xanthi (Yunanıstan) – Standard (Belçika) Häcken (İsveç) - Thun (İsveçrə) Minsk (Belarus) –Saint Johnstone (Şotlandiya) MURAD
Posted on: Sun, 28 Jul 2013 06:19:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015