AXTARIR Hüseyn Aşura günü bir yarü – yavər axtarır. - TopicsExpress



          

AXTARIR Hüseyn Aşura günü bir yarü – yavər axtarır. Yarü- ənsarı gedib təkcə bir davər axtarır. Altı aylıq balanı alıbdır o qucağına. Hərmələ uçpərli ox əldə südəmər axtarır. Atdan mən yıxılmışam imdada yetiş, ay baba. Əli qoynunda qalan Əliyyu- Əkbər axtarır. Bir tərəfdə səsləyir Əbbas –Ələmdar qardaşın. Hüseyn avara qalıb nizələrdə sər axtarır. Səsimə səs ver mənim, Əbulfəzlim, hayandasan? Səsləyir qardaşını, Əbbas – hünərvər axtarır. Gəzir o qətligahı unudub oğlu Əkbəri, Əlinə dəsmal alıb Hurri- Dilavər axtarır. Gətirib xeymələrə o şəbihi- peyğəmbəri, Axır zaman görməyə əbada peykər axtarır. Yetirirdi özünü hər şahidin balininə, Xeyməyə gətirməyə Ovn ilə Cəfər axtarır. Imam Həsən balası xeymədə tazə gəlinə Başına bağlamağa bir qara məhcər axtarır. Qalmışam mən, əmucan, düşmənlərin arasında, Qətligahda Qasımı zadəyi- Heydər axtarır. Baxırdı hər tərəfə tək qalıb kömək istəyir. Düşməni dəf etməyə o bir dilavər axtarır. Cəm edib balaları bir-bir vəsiyyət eyləyir, Necə dözsün əhli- beyt, Hüseynsiz məhvər axtarır. Düşmən alıb araya Delbəndi o peyğəmbəri, Başın daldan kəsməyə Şümr bir xəncər axtarır. Od vurub yandırdılar düşmən Hüseyn xeyməsini, Zeynəb imam Səccadı, zalımlar gövhər axtarır. Novhə deyib ağlayır şami- ğəriban gecəsi, Pasiban olmağına Saqəyi- Kövsər axtarır. Şamacan hey dolanır haqqı bəyan etmək üçün, İntiqam alsın deyə Səccad bir mənbər axtarır. Mərqədi ömür boyu İmam Hüseyn müştağıdır, Vəslinə yetişməyə hər zaman şəhpər axtarır.
Posted on: Sun, 25 Aug 2013 15:53:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015