Mayisə ƏSƏDULLAQIZI (ƏZİLMİŞ QADINLAR, YAXUD - TopicsExpress



          

Mayisə ƏSƏDULLAQIZI (ƏZİLMİŞ QADINLAR, YAXUD MÜXTƏLİF SƏNƏT SAHİBLƏRİ OLAN QADINLARI XƏYANƏTƏ MƏCBUR EDƏN BƏZİ “KİŞİ LƏRDİR “) SÜPÜRGƏÇİ QADINLAR Hər sübh vaxtı küçələrdə,taqqıltı, Hərdən də səs-səmir,gülüş, şaqqıltı... Axışırlar döngələrə bu zəhmətkeş qadınlar, Mən onlara süpürgəçi deməzdim, Seyrçi deyərdim. Sübh vaxtından seyr edirlər, dalanları, küçələri. Dayaqdırlar bu qadınlar uşağına, Ev-eşiyə, Kim bilir, sanki bu peşəyə bir sevgi var, Üz-göz bağlı,bəlkə də ürək dağlı... Üç diplomlu qadın tanıyırdım, Biri müəllim, biri geoloq, Biri tarixçi... Müəlliməni ixtisar etmişdilər peşəsindən, Arabir öz evində şagird hazırlardı, Süpürgəçi işlədiyin heç kəsə açıqlamazdı... Geoloqsa bir dəqiqə də olmamışdı peşəsində... Tarixçi qadınınsa dediyinə görə, Rüşvət istəmişdilər, imkanı çatmamışdı... Sevdiyi işini görə, Tarixlərin sirli düyünün aça, Belə toz-dumandan biryolluq qaça... Qalan qadınlarsa, Biri dedi ki, üç ildi ərim uşaqları, məni, atıb, Gedib Rusiyaya... Guya pul qazanmağa... Ailəsini aparanlar az da olsa, var idi, Amma ərim aparmadı, Azadlığını heç kəslə paylaşmadı... Orda kefini sürəcək, Yaşı ötüb, xəstələnib əldən düşəndə Üstümüzə dönəcək... Günahkar məhbuslar kimi başın sinəsinə əyib, Gözlərini döyəcək... Məndə də ona qarşı üzünə deməsəm belə, Dərin nifrət göyərəcək... Qaynanamla-qaynatamla bir həyətdə yaşayırıq, Yaşamağa nə tapdıqsa, paylaşırıq... Amma...ər-arvad başqa şeydi, Kədər alıb gözlərimi, Anlayarsan sözlərimi... Ailə qurandan indiyədək mən çöl üzü görməmişdim, Ehtiyacım olduğunu heç bir kəsə deməmişdim. 3 aydan bir yolladığı qəpik-quruş heç ödəmir İşıq pulun, su pulunu, hələ başqa ehtiyacları demirəm, Gəlib-getmir, xəbər yoxdu, Ürəyimdə qubar çoxdu.... İndi qışdı, ümidim qalıb yaya, bəlkə qayıda, Uşaqlar da böyüyüblər, getməz daha... Düzdü, aldığım məvacib bəs etməyir Uşaqların çörəyinə, Lap şikayət etsəm belə, kiminsə nə gərəyinə?? Sanki, erkən qocalmışam, düşmüşəm kədər səmtinə, Qayıtsa da, bağışlaram uşaqların xətrinə! Eh... Ay bacı- dedim mən də. Fişəng kimi açıldım, alov kimi saçıldım,Bəsdi daha əsrlərdi bağışladız, bu Əliləri, Vəliləri, Məmmədləri! Kaş yerinə mən olaydım, Əli olsun, yaxud Vəli, Salardım çöllərə, edərdim ömürlük dəli!!! Ölənədək qəm-qüssə olardı dərdi-səri! Bir qadınsa dözməmişdi sevdiyinin Xəyanətinə, İki körpəsin götürüb getmişdi ata evinə, İşə yollananda uşaqlara qoca ana baxırdı, O isə süpürgəsin əlinə alıb küçələri Sahmanlardı... Qurumuş yarpaqları yığardı, Sonra isə aparıb lap uzaqda yandırardı... Hər qadının bir taleyi, Amma şükr edirdilər, Tanrıdan möcüzə istəyirdilər... Bir qadınsa heç kimlə nə dinməzdi, Danışmazdı, Elə mahnı oxuyardı zümzüməylə, Bir ümidlə, həm sevgiylə, Hər kəs işini görərdi, Uşaqların görmək üçün evlərinə tələsərdi...
Posted on: Sun, 03 Nov 2013 15:04:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015