Bu gün ac ölkəmizdə yenə parad keçirilib. Guya silahlı - TopicsExpress



          

Bu gün ac ölkəmizdə yenə parad keçirilib. Guya silahlı qüvvələrə hörmət əlaməti olaraq, ordumuzun gücünü dünyaya göstərmək üçün məzhəkə qurulub. 1) Silahlı qiyam yolu ilə demokratik hakimiyyəti devirib kürsüyə oturan Əliyevlər deyilmi? 2) Qarabağın rayonlarını satıb ermənilərlə gizli razılaşma əldə edərək onların maraqlarını təmin edən Əliyevlər deyilmi? 3) Qarabağda neçə neçə igidlərimiz, qəhrəmanlarımız canlarını qoyarkən əsgərlikdən qaçıb Moskvada dəri satan fərari, qorxaq İlham Əliyev deyilmi? 4) Öz oğluna villa alıb Qarabağ savaşında əlil qalana, veterana 50 manat təqaüdü belə çox görən acgöz Əliyevlər deyilmi? 5) 19 illik atəşkəs dövründə hər il 100 əsgərin qeyri-döyüş şəraitində ölməsinin( intihar, bir-birini güllələmə, psixi addımlar) günahkarı Əliyevlər deyilmi? 6) Əsgər ölümlərinə sakit şəkildə, əlində bayrağımızı, ölən əsgərlərin şəkillərini tutaraq etiraz edən gəncləri xuliqan, terrorist adıyla həbs edən və onları hələ də zindanda saxlayan Əliyevlər deyilmi? 7) Cəbhəyə sağ göndərdiyi oğlunun tabutda, döyülməkdən ağzı-burnu göyərmiş, üstəlik də iç orqanları çıxardılmış şəkildə geri gəlməsinə haqlı etiraz edən şəhid analarını yerlərdə süründürən, onları dubinka ilə döydürən Əliyevlər deyilmi? 8) Əsgəri cəbhədə bit-birə basarkən, normal qidalanmaq imkanı olmazkən özünə xaricdə milyonlar xərcləyən Əliyevlər deyilmi? 9) Qarabağı satan, amma sonra sizləri aldatmaq üçün Qarabağı alacağıq deyən, o biri tərəfdən də ermənilərlə kabab çəkib yeyən, Ermənistanda biznesi olan Əliyevlər deyilmi? 10) Azərbaycanın ilk milli qəhrəmanı olan, amma Azərbaycandan Əliyev tərəfindən qovulan Şahin Tağıyev İsveçdə xəstə yatarkən vətən xainlərini ətrafına yığan, onlara Şöhrət ordeni paylayan İlham Əliyev deyilmi? 11) Xalqa özünü vətənpərvər göstərən, amma əslində oğru, Vətənin övladının malını, canını, pulunu mənimsəyən, ağbirçək şəhid anasını icra hakimiyyətində döydürən, şəhid ailəsinə məzar yerini belə pulla satan vicdansız və şərəfsiz Əliyevlər deyilmi? Bu ölkədə şəhid ölümlərini durdurmaq, müharibədə qəhrəmanlıq göstərənlərə həqiqi qiymət vermək, Qarabağı azad etmək, əsgərliyi peşəkarlara həvalə etmək üçün ölkədən dərhal cəhənnəm olub getməsi gərəkən Əliyevlər deyilmi??? Bu vətənin bizi bağışlaması üçün torpağa basdırılmalı olan Əliyevlər deyilmi???
Posted on: Wed, 26 Jun 2013 10:26:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015