Həzrət Peyğəmbərdən qısa kəlamlar: 1 - Ölüm, ibrәt - TopicsExpress



          

Həzrət Peyğəmbərdən qısa kəlamlar: 1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir. 2 – Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir. 3 – Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan aparar. 4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz. 5 – Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir. 6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәl`undur. 7 – İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır. 8 – Gözәllik dildәdir. 9– Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır. 10 – Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi. 11 – Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin. 12 – Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr. 13 – Allah–taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin. 14 – Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir: (Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn; (İkinci): əsәblәşdikdә haqdan kәnara çıxmayan; (Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan. 15 – Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır. 16 – Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır. 17 – Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır. 18 – Gülәrüzlü olmaq kinlәri aradan aparar. 19 – Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır. 20 – Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir. 21 - Əmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər. 22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır. 23 – Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah–taala qәzәbә gәlər. 24 – Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar. 25 – İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir. 26 – Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun. 27 – Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr. 28 – Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir. 29 – Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir. 30 – Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır. 31 – Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir. 32 – Peşimançılıq tövbә (etmәk) -sayılır. 33 – Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә bir növ) yaxşılıq sayılır.
Posted on: Thu, 05 Sep 2013 14:17:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015