“Ziyalını sıradan çıxarmağın iki klassik forması var. - TopicsExpress



          

“Ziyalını sıradan çıxarmağın iki klassik forması var. Birincisi, onu titulla, ordenlə, öləndə Fəxri Xiyabanda basdırılmağı vəd etməklə, təqaüdlə satın alırsan. İkincisi, onun avara, alkaş obrazını yaradıb tam zərərsizləşdirirsən.” Sitat yazıçı Seymur Baycanın “Azərbaycanda ziyalı problemi” yazısındandır. Seymurun yaradıcılığı ilə tanışlığım 2006-cı ildən başlayıb. O vaxt ədəbiyyat haqqında təsəvvürlərimin ibtidai dövrləri idi. Oxuduğum müəlliflərin ağır fəlsəfəsi altında yenicə əzilməyə başlamışdım. Dünya ədəbiyyatında gedən proseslər bir kənara qalsın, heç Azərbaycanda gedən ədəbi proseslərdən də xəbərim yox idi. İllər keçdikcə həm mütaliəm, həm də dünyagörüşüm xeyli inkişaf elədi. Artıq ədəbiyyatımızda hansı oyunlar getdiyini anlamağa başlamışdım. Yazılarını oxusam da Seymuru ilk vaxtlar qəbul eləmirdim. Mütaliə etdikcə, dünya ədəbiyyatı ilə yaxından tanış olduqca anlamağa başladım ki, Seymur Baycanın da, digər gənc qələm adamlarının da ədəbiyyatımızda var olması Azərbaycan ədəbiyyatının qələbəsidir. Düşünürəm ki, Seymur və AYO ətrafında toplaşan digər gənclər ədəbiyyata və sözə alternativ yanaşma ortaya qoydular. Seymurun bu sahədə xüsusi əməyini diqqətə çatdırmağı özümə borc bilirəm. Seymur yaşıdları arasında bir ilkə imza atmağı bacardı. Özünün də dediyi kimi, indiki “roman bumu”na stimul verdi. Hamının qafiyəli, qafiyəsiz, klassik, postmodern şeirlə əlləşdiyi bir vaxtda Seymur cəsarət eləyib roman yazdı və isbat elədi ki, roman yazmaq üçün mütləq qocalmaq, ahıllaşmaq lazım deyil. Seymur Baycan
Posted on: Wed, 21 Aug 2013 13:16:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015