Böyüdüm artıq. Asanlıqla təslim olmuram çətinliklərə. - TopicsExpress



          

Böyüdüm artıq. Asanlıqla təslim olmuram çətinliklərə. Hüzünlənmirəm, sən ağlıma gələndə. Boş verirəm hər şeyi. Bəzən adın təsadüfən çəkilən yerlərdə qəribə bir hiss keçir içimdən,amma üstümə götürmürəm,heç eşitməmişəm kimi davranıram. Məni incidən insanların arxasınca qaçmağım oldu mənim axmaqlığım. Artıq danışmıram insanlarla,ya da daha az danışıram. Getməyi gözə alan heç kim üçün "getmə" demirəm. Mahnılar da incitmir artıq. Filmlər duyğulandırmır.. İnsanlar üzə bilmir,istəsələrdə bacarmırlar.. Duyğusuzlaşdım,qatılaşdım-böyümək tam olaraq belə bir şeydir,deyəsən..insanlıqdan uzaqlaşmaq. Duyğularımı itirdim bəlkə də,kim bilir? Bəlkə içimdəki səni itirdim. Səhərlər xoşbəxt oyanıram. Gecələri dincliklə yatıram. Peşman olduğum şeylər yaşamışdım. Artıq peşmanlıq necə bir şey idi, xatırlamıram. Təşəkkür edirəm yaşadığım hər şeyə görə. Yaxşı ki yaşamışam deyirəm. Mən artıq səni tanıyan biriyəm. Niyə ? Çünki birinin nə zaman getməməsini istəsəm, getdi. Çünki mənim yarım buraxdığımı, həmişə bir başkası tamamladı. Çünki birinə nə qədər az dəyər versən, o sənə o qədər çox dəyər verər. Bax buna görə, məni dəyişdirdiyin və yaşatdıqların sayəsində "başqa biri" etdiyin üçün təşəkkür edirəm. Yaxşı ki,yoxsan...
Posted on: Sun, 25 Aug 2013 22:19:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015